17 yaşlı qız qarpızdan ölməyib - Nazirlik

img

07-07-2014 [20:13]


Səhiyyə Nazirliyi 17 yaşlı  Gülarə Sərvan qızı Həsənlinin ölümü ilə bağlı araşdırmanı tamamlayıb”.

Bunu virtualaz.org saytına açıqlamasında Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

A.Qədirli bildirdi ki, G.Həsənlinin qarpızdan zəhərlənərək ölməsi versiyası öz təsdiqini tapmayıb: "Təcili tibbi yardım briqadası dindirildi, Respublika Talassemiya Mərkəzində araşdırma aparıldı. Bəlli oldu ki, yeniyetmə kəskin ürək-damar çatışmazlığından dünyasını dəyişib. Talassemiya Mərkəzində reanimasiya şöbəsi olmadığından Gülarə Həsənlini qanköçürmə xəstəxanasına aparıblar. Lakin həkimlərin səyi nəticə verməyib və yeniyetmə orada dünyasını dəyişib”.

A.Qədirli mərhumun hadisədən bir gün əvvəl qarpız yediyini, zəhərlənmənin baş vermədiyini də əlavə etdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA