Şahin Seyidzadə ilə bağlı siyasi plan: qoruq müdiri vitse-spiker postuna gətirilir
30-07-2024 [15:07]
Xəbər verdiyimiz kimi, VI çağırış Milli Məclisin 50 saylı Qobustan-Abşeron seçki dairəsindən deputatı olmuş, lakin 2022-ci il martın 3-də prezidentin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunduğu üçün mandatı ilə vidalaşan Şahin Seyidzadə yenidən parlamentə qayıdır.
Mia.az-ın məlumatına görə, onun yenə də bitərəf kimi namizədliyini yeni dislokasiyada Abşeron və Qubustan rayonunun kəndlərini əhatə edən seçki dairəsindən irəli sürdüyü bildirilir.
İki ildən bir qədər artıq müddətdə qoruq sədri vəzifəsini tutan Seyidzadənin yenidən parlamentə qaytarılması ətrafında müxtəlif mülahizələr var idi. Bunun onun “İçərişəhər”də etimadı doğrultması ilə, yoxsa əksinə, qoruqda hansısa maliyyə problemlərilə, çatışmazlıqlarla bağlı olduğu müəmmalı olaraq qalırdı. Digər yandan, Azərbaycan reallıqlarında qoruq sədrinin, yoxsa deputatın daha nüfuzlu vəzifə, məqam olduğunu müəyyən etmək çox zaman asan olmadığından, Ş.Seyidzadənin yenidən parlamentə qaytarılması ilə “vurulduğunu”, ya əksinə, önə çəkildiyini müəyyən etmək çətin görünürdü...
Lakin “AzPolitika”-ya mötəbər mənbələrdən daxil olan məlumat onu deməyə əsas verir ki, Ş.Seyidzadənin Milli Məclisə qaytarılması onun daha yüksək vəzifəyə gətirilməsi planı ilə bağlıdır. Belə ki, əldə etdiyimiz məlumata görə, Ş.Seyidzadə növbəti dəfə deputat olandan sonra parlamentin vitse-spikeri vəzifəsinə seçiləcək. Onun Suraxanı rayonunun icra başçısı vəzifəsinə təyin edilən Adil Əliyevin yerinə Milli Məclis sədrinin bitərəfləri təmsil edən müavini postunu tutacağı gözlənilir.
Qeyd edək ki, VI çağırış Milli Məclisdəki yarımçıq deputatlığı dövründə Ş.Seyidzadə Adil Əliyevin sədri olduğu Gənclər və İdman Komitəsinin üzvü olub. Bizə daxil olan məlumata görə, Ş.Seyidzadə də A.Əliyev kimi həm sözügedən komitənin sədri, həm də parlamentin vitse-spikeri vəzifəsini daşıyacaq. Onun bu cür kifayət qədər siyasi yüklü, məsul vəzifəyə gözlənilən təyinatının hansı xidmətlərilə, yaxud nailiyyətlərilə bağlı olduğu sualı isə açıq qalır...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi