Saxta MMC-lərin "əli" ilə mənimsənilən milyonlar - Siyahı

img

07-07-2014 [17:58]


Neftçala rayonunun Qaramanlı inzibati ərazi dairəsinə aid, ümumilikdə 6500 sakini olan Astanlı, Qədimkənd, Qaralı, Kürqarabucaq kəndlərində əhali pay torpaqlarından səmərəli istifadə edə bilmir. Hal-hazırda cavabdehlərin məsuliyyətsiz fəaliyyəti nəticəsində 200 hektardan çox ərazidə taxıl biçmək mümkün olmayıb.

Bu məlumatı infom.az-ın əməkdaşına Qaramanlı kənd sakini Fərəcov Xalid Saday oğlu verib.

Onun bildirdiyinə görə kənd sakinlərinin taxıl zəmilərini biçə bilməmələrinin başlıca səbəbi, 20 ildən artıqdir ki, direnaj kollektorlarının qazılması nəticəsində qurunt sularının sahələrə dolması, bitkinin mil kökünə ciddi ziyan dəyməsidir. Sözsüz ki, bu işlərin görülməsinə məsuliyyət daşıyan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılovdur.

Baş verənləri araşdırarkən Azər ismaylovu tapıb mövqeyini öyrənə bilmədik.

Məlumatda o da bilirilir ki, direnaj kollektorların təmizlənməsi üçün hər il dövlət büdcəsindən ayrılan külli miqdarda vəsait ünvana çatmır, müxtəlif yollarla işbazlar tərəfindən mənimsənilir.

Əməkdaşımız idarənin gördüyü işlərə dair maliyyə əməliyatlarını əks etdirən bəzi sənədlər də əldə edib. Sənədlərdən aydın olur ki, ayrılan vəsaitlər müxtəlif MMC-lər vasitəsi ilə saga-sola xərclənib. Siyahıya yenə məhşur iş adamı Hacı Qurban Abbasov başçılıq edir.

Onun "İlkin” MMS-sinə 250.000 manatdan çox pul köçürülüb. Guya həmin şirkətdən ehtiyat hissələri alınaraq idarənin tabeliyində olan texnikalar təmir edilib, daha sonra kollektor qazıb.

Digər əməliyyatlar "Elektro Servis" MMC və "Samir A.Ə." MMC -lə aparılıb. Təxminən bu müəssisələrə bir yerdə 230.000 manatdan çox pul ötürülüb. Ancaq demək olar ki, heç bir iş görülməyib.

Elə bu səbəblərdən bədbəxt kəndli min bir əzab-əziyyətlə əkdiyi məhsulu yığa bilmir. Bununla belə həllini gözləyən digər məsələlər də yerli əhalini ciddi narahat edir. Belə ki, kənd sakinlərinin bildirdiyinə görə hal-hazırda Nefçalada 1 hekar əkin sahəsinin suvarılması üçün 10 manat pul tələb olunur.

Bu işləri həyata keçirən yerli SİB (Sudan İstifadəedənlər Birlyi) rəsmi sənədlərdə müstəqil qurum kimi görünsə də, Neftçala Suvarma Sistemləri İdarəsinın müdürü Elçin Əsədovun xeyir-duası ilə yaradılıb və onun iradəsindən kənarda bir addım belə ata bilməz.

Bu idarənin fəaliyyətində də ciddi nöqsanlar var. Bu bəradə oxucuları daha sonra məlumatlandıracağıq.

Hələlik isə qısa şəkildə 2012-ci ildə Qaramanlı kəndində layihə dəyəri 2 milyon manat olan yeni nasos stansiyasının quraşdırılmasının naməlum müəssisəyə həvalə edilməsindən danışaq.

Məlumatlara əsasən, adı naməlum olan həmin müəssisə nasos stansiyalarını quraşdıraraq tələm-tələsik Neftçala Suvarma Sistemləri İdarəsinə təhvil verib.

Biz o dövrlərdə həmin lahiyənin icrasıyla yaxından maraqlanıb görülən işləri araşdırdıq.

Hətta təsbit etdik ki, təzə lahiyədə köhnə dəmir borulardan istifadə olunur. Həmin dövrü əks etdirən fotolar arximizdə indi də durur. Onu da təsbit etdik ki, smeta dəyəri 2 milyon manat olan bu layihə sənəd üzərində 2 ilə yaxın bir zamanda qurulsa da, əslində, ona cəmi bir dəfə sınaq üçün su vurulub.Ümumi uzunluğu 1-km olan Qurğuda nasazlıqlar aşkar olunub və bu günədək istismara yaralı hala salınmayıb(infom.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA