07-07-2014 [15:30]
Hörmətli cənab generallar,
Bildiyiniz kimi, hər bir əsgərin
əlçatmaz arzusu olan ali zabit rütbəsi fərəh hissi, imtiyaz, əlavə səlahiyyət və
digər üstünlüklər verməklə bərabər, həm də məsuliyyət göstəricisidir. Bu rütbəyə
sahib olduğunuz andan, hər biriniz ölkənin talehi, - bu günü, sabahı, yaxın gələcəyi
və uzaq perspektivi üçün kimsə deyil, məhz Vətən və xalq qarşısında digərlərindən
daha çox cavabdehlik daşımağa hazır olduğunuz bildirmisiniz.
Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, hərbi təhlükəsizliyi, ərazi bütövlüyümüzün təmin olunması kimi ümdə vəzifələr Silahlı Qüvvələrimiz, eyni dərəcədə sizin çiyinləriniz üzərindədir.
Əlbəttə ki, siyasi rəhbərliyin xalqın arzu və iradəsinə söykənən qərarlarının (göstərişlərinin) icra üçün mütləq olduğu heç kim də şübhə doğurmur. Bununla yanaşı, hamımıza bəllidr ki, Konstitusiya və qanunlarla Ordunun üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar siyasi qərarların hazırlanması mərhələsində sizlərin də rəyi sonuncu deyil.
Hamımıza bəllidir ki, Ordumuzun canlı itkiləri cəmiyyəti narahat edən ən vacib problemlərdən birincisidir. Hər bir ölüm hadisəsi hərbçilərimizin yaxınları üçün faciə olmaqla bərabər, atəşkəs dövrünün hər ilində 100-ə qədər canlı itki ölkəmiz üçün də fəlakətdir.
Təəssüf ki, uzun illər boyu nə siyasi hakimiyyət, nə də Ordu rəhbərliyi cəmiyyətin bu narahatçılığını lazımınca dəyərləndirib mənasız döyüş və doğruldulması mümkün olmayan qeyri-döyüş itkilərinin qarşısını almaq barədə sosial sifarişi yerinə yetirmək üçün əməli tədbirlər görmək istəmir.
Canlı itkilərin güya müharibə ilə əlaqədar olması, cəmiyyət tərəfindən əsaslı arqument kimi qəbul olunmur. Ölüm hadisələrinin mülki həyatda da baş verməsinin güya "arqument” kimi göstərilməsi isə, ümumiyyətlə, hiddət doğurur.
Birinci ona görədir ki, Azərbaycan Ermənistanla hələ 1993-cü ildə atəşkəs barədə sənəd imzalayıb və müstəqil dövlət olaraq bütün beynəlxalq təşkilatlar və regional super güc rolunda çıxış edən Rusiya qarşısında atəşkəsə riayət edəcəyi barədə rəsmi öhdəlik götürüb. Ölkəmiz Prezident - Ali Baş Komandan səviyyəsində, demək olar ki, hər il bu öhdəliyin qüvvədə qalması barədə yeni sənəd imzalayır. Təkcə bu fakt kifayət edir ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəsə riayət eləsin, siyasi hakimiyyət isə Ermənistanın atəşkəsi pozmaq cəhdlərinə son qoymaq üçün diplomatik imkanlardan lazımınca yararlansın.
Mövqe həmlələri edərək düşməni itkilərə məruz qoymaq yolu ilə onu danışıqlar prosesində konstruktiv mövqe tutmağa sövq etməyin mümkünlüyü ehtimalları da özünü doğrultmur. Belə mövqe həmlələri sülh danışıqlarının gedişinə nəyinki müsbət təsir göstərmir, həm də mənasız döyüş itkilərimizin sayının artması ilə nəticələnir. Artıq 20 il ərzində tez-tez istifadə edilən bu uğursuz taktikanın birdəfəlik iri miqyaslı döyüş əməliyyatları ilə əvəzlənməsi daha məqsədə uyğun deyilmi?
Qeyri-döyüş itkilərini doğrultmaq məqsədilə ölüm hadisələrinin mülki həyatda da baş verməsinin güya "arqument” kimi göstərilməsinə gəldik də isə, qeyd etmək gərəkdir ki, sülh dövründə (eynilə atəşkəs dövründə) əsgərlik vətəndaş tərəfindən dövlətə təmənnasız göstərilən ən yüksək xidmət (iş, əmək) növüdür və burada Ordu qurumları işəgötürən (işverən) qismində çıxış edir. Bu mənada qanunun tələblərinə görə "işçinin” (hər bir əsgərin) həyat təhlükəsizliyinə görə məsuliyyət birbaşa məhz dövlətin üzərindədir. Aydın məsələdir ki, hər bir valideyin dövlətin öz öhdəliyinə məsuliyyətlə yanaşacağına inanaraq övladını hərbi xidmətə göndərir. Mülki həyatda isə dövlətin nə vətəndaş, nə də onun yaxınları qarşısında belə öhdəliyi yoxdur…
O da bəlli bir həqiqətdir ki, 20 illik atəşkəs dövründə 5 (beş) minə qədər gənc insanlarımızın canlarınadan qurban keçməsi torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmədi və bunun məsuliyyəti həm də sizlərin üzərindədir! Halbuki, yaxşı hazırlanmış bir iri miqyaslı döyüş əməliyyatı ilə bundan qat-qat az itkilərlə müharibəni öz xeyrimizə bitirmək olardı!?
Bəli, yoldaş generallar, mənasız döyüş itkilərinin qarşısını almaq üçün atəşkəs rejiminə ciddi riayət etmək birinci şərtdir!
Diqqətinizə çatdırmaq istədiyim başqa bir məsələ tabeliyinizdə xidmət edərkən şəhid olan hərbçilərimizin ailələrinə göstərilən (göstərilməyən) dövlət qayğısı ilə bağlıdır. Düşünürəm ki, dövrü mətbuatdan bu sahədə movcud olan problemlər barədə bir sıra məlumatlarla tanışsınız. Yəqin onu da bilirsiniz ki, təqribən 3,8 milyard ABŞ dolları həcmində hərbi büdcəsi ilə (Prezident İlham Əliyevin çıxışlarından bəllidir ki, bu rəqəm düşmən ölkənin dövlət büdcəsindən də xeyli böyükdür) fəxr edən Azərbaycan hökuməti şəhid olan hər bir əsgərimizin ailəsinə cəmi 11(on bir) min manat sığorta pulu ödəyir.
Məlumat üçün bildirirəm ki, 1991-1994-cü illər ərzində aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş, sonradan şəhid status verilmiş yüzdən çox hərbçinin ailəsi, vaxtı ilə özləri və oğulları fərarilik edib hərbi xidmətdən yayınmış, indi isə harınlıqdan azğınlaşmış məmurların törətdiyi süni əngəllər nəticəsində 20 ildən çoxdur ki, heç o gülünc miqdarada olan 11(on bir) min manatlıq sığorta məbləğini də ala bilmirlər.
Yeri gəlmişkən, zabit və gizir heyətinin, xidmətdən artıq hərbi qulluqçuların, onların ailə üzvlərinin qanunla nəzərdə tutulmuş xeyli sayda güzəşt və imtiyazlardan istifadə edə bilməməsinin başlıca səbəblərindən biri də möhtərəm Artur Rəsizadənin başçılıq etdiyi Nazirlər Kabinetinin 20 il ərzində bu problemlərə sərgilədiyi soyuq münasibəti məhz sizlərin susqunluqla müşahidə etməyinizin nəticəsidir.
Daha bir narahatçılıq Prezident İlham Əliyev tərəfindən zabitlərin mənzillə təmin olunmasına dair 28 noyabr 2011-ci il tarixdə imzalanmış Fərmanın icrası ilə bağlıdır. Xatırlatmaq yerinə düşər ki, tezliklə həmin Fərmanın 3 illyini qeyd etmək üzrəyik. Arxada qalan dövrdə yaşayış sahəsinə ehtiyacı olan minlərlə zabit korpusunun hansı cüzi bir hissəsinin mənzillə təmin olunmasını siz daha yaxşı bilirsiniz.
İcra (icrasızlıq) ilə bağlı eyni aqibəti zabit və gizir heyətinə, xidmətdən artıq hərbi qulluqçulara istifadə edilməyən məzuniyyət və istirahət günləri əvəzinə pul kompensasiyalarının ödənilməsinə dair ölkə başçısının imzaladığı başqa bir Fərman yaşayır. Tabeçiliyinizdə olan hərbi qulluqçuların hüquqlarının pozulması ilə nəticələnən bu qanunsuzluq və məmur özbaşınalığını da sizlər sükutla müşahidə etməyə üstünlük verirsiniz.
Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 53-cü maddəsində göstərilib: "Komandir, rəis tabeliyində olanların fiziki hazırlığı, sağlamlığı, məişət şəraiti və ehtiyaclarına qayğı göstərməli, müəyyən edilmiş təminatlarla təchiz edilmələrinə nəzarət etməli, zəruri hallarda onlara yardım göstərməli və onlar üçün böyük komandirlər (rəislər) qarşısında vəsatət qaldırmalıdır”.
İnanıram ki, sıralarınızda bu Nizamnamə tələblərinin Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsbit edildiyini bilməyən yoxdur.
Hörmətli cənab generallar,
Sizləri Ordu sıralarında xalqına və dövlətinə hərbi təhlükəsizlik xidməti göstərən hər bir vətəndaşın yaşamaq, layiqli həyat şəraitinə sahib olmaq, qanunvericiliklə nəzərdə tutulmuş təminat növlərini əldə etmək, güzəşt və imtiyazlardan yararlanmaq hüququnun təmin olunması sahəsində tutduğunuz vəzifələrə və daşıdığınız ali zabit rütbələrinə uyğun olaraq Azərbaycan Respublikasının Qanunu ilə təsbit edilmiş bu və digər müddəaları tam ciddiyyət və məsuliyyətlə yerinə yetirməyə çağırıram!
Yaşar Cəfərli,
e.o.polkovnik-leytenant, "Ehtiyatda və İstefada olan Zabitlər” İB-nin üzvü
07.07.2014-cü il
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi