07-07-2014 [15:01]
Redaksiyamıza təqdim olunmuş şikayət ərizəsində, narazı vətəndaş Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarını rüşvət almaqda ittiham edir. Daha dəqiq desək, ərizədə təsvir olunan üslub vətəndaşdan pulun rüşvət kimi deyil, daha çox şantaj etməklə alındığını söyləməyə əsas verir.
Beləliklə, Binəqədi rayonu Biləcəri şossesi, Y.Hüseynov döngəsi ev 21 ünvanında yaşayan Azər Əliyev öz ərizəsində bildirir ki, o, bir müddət bundan əvvəl hazırda yaşadığı evin yanındakı sahədə iki mərtəbəli yeni evin tikintisinə başlayıb. Bir müddət sonra Binəqədi RİH-nin əməkdaşları əraziyə gələrək inşaat işlərini dayandırıblar və yalnız 18000 (on səkkiz min) manat aldıqdan sonra tikintinin davam etdirilməsinə icazə veriblər.Bu hadisədən təxminən bir ay sonra RİH əməkdaşları yenidən Azər Əliyevin yeni tikilən evinə "baş çəkiblər”. Bu zaman artıq evin ikinci mərtəbəsi də tikilib qurtarmaq üzrə idi. Bu dəfə də işləri dayandıran əməkdaşlar yenidən pul tələbi irəli sürürlər. İndi Azər Əliyevdən 10000 (on min) manat tələb olunur və alınır. Tərəflər yenə də "sülhlə” ayrılırlar. Aradan yenə də bir ay keçir. Bu dəfə Azər Əliyevin qapısına artıq Binəqədi RİH-nin qəsəbə nümayəndəliyində işləyən Orxan adlı cavan bir əməkdaş gəlir. Qətiyyətini nümayiş etdirmək istəyən Orxan danışığa başlamadan, birbaşa evin hasarını sökdürür. Yalnız bundan sonra ev sahibinə yeni pul tələbi irəli sürülür. Orxan deyir ki, Ədalət müəllim yenə pul istəyir. Məlumat üçün deyək ki, Orxanın istinad etdiyi Ədalət müəllim Binəqədi RİH başçısı Aparatının rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbovdur. Bundan sonra artıq növbəti "ödəniş” üçün maddi imkanı olmayan Azər Əliyev yuxarı instansiyalara şikayət etmək qərarına gəlir.
Daha sonar ölkə rəhbərliyinə və Baş prokurorluğa müraciət edən şikayətçi öz ərizəsini bu sözlərlə bitirir:
"Baş verənlərlə bağlı mənə köməklik göstərməyinizi xahiş edirəm. Binəqədi RİH-nin əməkdaşları məndən dələduzluq yolu ilə və hədə-qorxu gəlməklə külli miqdarda pul alıblar. Xahiş edirəm ki, mənim şikayətim əsasında araşdırma aparılsın və günahkarlar müəyyənləşdirilərək cəzalandırılsınlar”.
Qeyd etmək lazımdır ki, redaksiyamıza bundan əvvəl də daxil olmuş şikayət məktublarında Ədalət Rəcəbovun adı dəfələrlə müxtəlif maxinasiya və korrupsiya hallarının törədilməsi ilə bağlı hallandırılıb. Bəzi mənbələrin idiasına görə, məhz bu məmur rayonda özünü Binəqədi RİH-nin başçısı Xaləddin İsgəndərovun "pul yığanı” kimi tanıdıb. Bu arada isə ölkə mətbuatında Binəqədi RİH-nin fəaliyyətində yer almış çoxsaylı neqativ hallara dair çeşidli materiallar dəc olunmaqdadır. Məlumatlarda qeyd olunur ki, Vergilər naziri Fazil Məmmədovun kürəkəni olan və başçı vəzifəsinə da məhz onun xeyir-duası ilə təyinat alan Xaləddin İsgəndərov və onun komandası tərəfindən Binəqədi rayonu sanki özəlləşdirilərək, əsl kommersiya obyektinə çevrilib. Əvvəllər vergi sistemində çalışdığı üçün X.İsgəndərov rayonda özünəməxsus "vergi şəbəkəsi” formalaşdırmaqla istər dövlət müəssisələrində, istərsə də özəl sektorda şəxsi "qanunları"nı tətbiq etməyi bacarmışdır. Rayonda abadlıq-quruculuq işlərinin aparılması üçün büdcədən külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq, görülmüş kosmetik xarakterli işlər yerli sahibkarlardan, idarə və müəssisələrdən qanunsuz olaraq toplanmış vəsait hesabına aparılır. Buna görə də rayon ərazisində fəaliyyət göstərən sahibkarların vəziyyəti dözülməz həddə çatmışdır.
Dia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi