Bakıda salınacaq yeni rayon – Metro çəkiləcək, 11 göydələn qrupunu əhatə edəcək

img

27-06-2014 [10:22]


Mərkəzi biznes rayonu "Bakı Ağ Şəhər”in yüksək hissəsində yerləşərək, Bakı buxtasına panoram görünüşü olan on bir göydələn qrupunu əhatə edir.

"Bakı Ağ Şəhər”in mətbuat xidmətindən AzərTAc-a bildiriblərlər ki, bu işgüzar məkan layihəyə daxil olan bütün rayonlardan eyni məsafədə yerləşəcək. Burada, həmçinin yeni metro stansiyasının giriş-çıxışı olacaq.

Layihəyə əsasən 9,2 hektar ərazidə salınacaq mərkəzi biznes rayonunda ümumilikdə 390 min kvadratmetr tikinti işləri aparılacaq.

Bunun 237 min 900 kvadratmetri yaşayış, 85 min 800 kvadratmetri ofis, 66 min 300 kvadratmetri isə ticarət sahəsi kimi nəzərdə tutulur.
Rayon ərazisində 6 min avtomobil üçün dayanacaq yeri ayrılması da planlaşdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA