"Bakının əsas müttəfiqləri Türkiyə, Pakistan və digər türk dövlətləri, eləcə də İsraildir" - Cümşüd Nuriyevdən sensasion MÜSAHİBƏ
26-07-2024 [09:52]
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Mia.az onunla müsahibəni təqdim edir:
- Avropa İttifaqının Ermənistanla viza rejimini ləğv etməsi qərarı nəyə hesablanıb? Hərbi yardımın ardınca atılan bu addım İrəvanın gələcəyi üçün nə vəd edir?
- Əvvəla ondan başlayaq ki, Fransanın Ermənistanla bağlı siyasəti alt-üst oldu. Azərbaycan Fransanı çox çətin vəziyyətə saldı. Bu, Avropa İttifaqı üçün gözlənilməz siyasi zərbə idi. Həmin zərbənin Azərbaycan tərəfindən vurulacağına inanmırdılar və gözləmirdilər. Fakt odur ki, Fransanın müstəmləkəçilik siyasətini Azərbaycan ifşa etdi. Bununla Fransa çox çətin vəziyyətə düşdü.
Hazırda rəsmi Paris bu məngənədən çıxa bilmir. Ona görə də, Avropa İttifaqı ABŞ-nin təhdidi ilə bu prosesə qoşuldu. Onlar əvvəlcə Azərbaycanın AŞPA-da olan parlament nümayəndə heyətini hədəf aldılar. Bundan sonra Aİ Ermənistana 10 milyon avroluq hərbi yardım ayırmağı gündəmə gətirdi. Daha sonra viza rejimin ləğvi məsələsi ortaya atıldı. Həmin taktikadan Aİ Ukraynaya, Gürcüstana qarşı da istifadə etmişdi. Sadəcə olaraq Gürcüstan 15 ildən sonra ayıldı ki, Avropa İttifaqı onu özü üçün qula, nökərə çevirir. Ona görə də, gürcülər bunu öz qürurlarına sığışdırmadı.
Ermənilərdə isə qürur anlayışı olmadığına görə həmişə öz maraqlarına xidmət edən etno-korporativ qrup kimi hərəkət edirlər. Bu baxımdan indiki halda Aİ-nın Ermənistanla viza rejimini ləğv etməsi heç bir məntiqlə izah oluna bilməz.
- Ermənistanın hərbi potensialını artırmaqda Avropa İttifaqının məqsədi nədir?
- Məqsədləri Ermənistanda müasir hava hücumundan müdafiə sistemi qurmaqdan ibarətdir. Bunu xristian həmrəyliyi və sair kimi amillərlə izah etmək olar.
Digər tərəfdən Rusiya hərbi elitasında da müəyyən qüvvələr var ki, Ermənistanı hərtərəfli olaraq dəstəkləməyi təklif edir.
- Sülh danışıqlarının aktiv dönəmində Ermənistana edilən hərbi yardımlar prosesə necə təsir edə bilər?
- Həmin qüvvələrin əsas məqsədi Azərbaycanla Ermənistan arasında yenidən müharibənin başlamasına nail olmaqdır. Azərbaycanı mümkün qədər günahkar çıxararaq öz çirkin niyyətlərini reallaşdırmaq istəyirlər. Azərbaycanın son 300 ildə əldə etdiyi uğurları onun əlindən almaq kimi bəd niyyətləri var. Çünki bu çirkin planlara başqa ad vermək olmur. Bunu açıq danışmaq lazımdır.
- Bu halda Azərbaycanla Ermənistan arasında yeni hərbi eskalasiyanın başlaması təhlükəsi nə dərəcədə real görünür?
- Əslində, bu, tək iki ölkə arasında bir müharibə olmayacaq. Bu, üçüncü dünya müharibəsinin başlaması deməkdir. Azərbaycan bu halda meydanda tək qalmayacaq. Bakının əsas müttəfiqləri Türkiyə, Pakistan və digər türk dövlətləri, eləcə də İsraildir. Beləliklə dünya iki cəbhəyə bölünəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi