Türkiyə Səfirliyinin Bakı Təhsil Müşavirliyi oxumağa gedənlərə problem yaradır - "Sistem 10 gündür ki, belədir, gah işləyir, gah işləmir"
25-07-2024 [18:34]
Türkiyədə ali təhsil müəsisələrinə yeni qəbul olan tələbələr və onların valideynləri lazımi sənədləri təsdqilətmək üçün Türkiyə Səfirliyi yanında Bakı Təhsil Müşavirliyinə (“Bakü Eğitim Müşavirliyi”) müraciət etməlidirlər.
Mia.az Bizimyol-a istinadla xəbər verir ki, abituriyentlər əvvəllər Müşavirliyə birbaşa müraciət edə bilirdilər və həqiqətən də bəzən çox sıxlıq yaranırdı.
Sonradan Türkiyə Təhsil Nazirliyi “randevu sistemi” tətbiq etməyə başlayıb. Bunu da zəruri addım hesab etmək olar. Amma təəssüf ki, bu elektron sistem mükəmməllikdən çox uzaqdır və tez-tez “qəzaya uğrayır”.
İndi Türkiyə Təhsil Nazirliynin "e-denlik" adlı portalından “görüş vaxtı" almaq məcburiyyətindəsiniz. Əvvəla buradan randevu almaq hər adamın işi deyil. Orta statistik Azərbaycan türkünün bu saytdan randevu üçün müraciət edə biləcəyi inandırıcı deyil – məsləhətçiyə ehtiyacı var.
Bakıda görüş istəməyin barədə müraciəti Türkiyəyə göndərəndən sonra isə problemlərin ikinci hissəsi başlayır. Türkiyə Təhsil Nazirliyi sanki randevu müraciətlərini zamanında dəyərləndirə bilmək üçüm lazımi sayda işçi heyətinə sahib deyil. O üzdən də randevu təyinatları çox gecikir.
Amma problem bununla da bitmir. Tez-tez Türkiyə Təhsil Nazirliyinin sistemində texniki nasazlıqlar yaşanır. Belə hallarda Müşavirlik əməkdaşları işsiz oturaraq “sistemdə problem var” deməklə kifayətlənirlər. Təbii ki, bu, onların günahı deyil, problemin kökü Türkiyə Təhsil Nazirliyindədir. Və nəticədə randevular daha çox gecikir və abituriyentlər riskli vəziyyətə düşür. Anlamaq çətin deyil ki, belə gecikmələr üzündən universitetdə son qeydiyyat tarixini buraxaraq qazandığı qəbul fürsətini itirənlər də ola bilər və yəqin ki, var...
Yaranmış vəziyyətlə əlaqədar problem yaşayan valideynlərdən biri xəbər portalımıza müraciət edərək bildirib ki, Bakıda görüş vaxtını Türkiyədən təyin edirlər, amma onların nə vaxt cavab verəcəkləri də bilinmir: "Buradakılar deyir ki, "biz bilmirik, ola bilsin, bir günə, ola da bilsin, 10 günə cavab versinlər. 10 gün isə həddən artıq böyük zamandır və bu müddətdə son qeydiyyat tarixini itirə bilərik. İndi də müraciətimizə belə cavab verirlər ki, "sistemdə problem var". Sistem çökübsə, heç olmasa, icazə verin, camaat Müşavirliyə birbaşa gedib öz işini görsün. Müşavirlikdə bir nəfər də vətəndaş olmur, amma deyirlər ki, gedin randevu alın, sistemdə isə problem var. İndi necə edək?".
“Bizim Yol” yaranmış problemlə bağlı Təhsil Müşavirliyi ilə əlaqə saxlayıb.
Dialoqu oxucularımızın diqqətinə çatdırırıq:
- Salam, bura Təhsil Müşavirliyidir?
- Bəli.
- (Özümüzü təqdim etdikdən sonra) Kiminlə danışıram?
- Faiq
- Soyadınızı da deyə bilərsinizmi?
- Bayramov
- Faiq bəy, bizə müşavirliyin "randevu" məsələsi ilə əlaqədar müraciətlər daxil olur. Deyirlər ki, Türkiyə universitetlərinə qəbul olunmuş tələbələr "randevu" problemi ucbatından zamanında qeydiyyatdan keçə bilmirlər, gecikirlər.
- Sistem problemidir.
- Problem düzəldilibmi?
- Bəli.
- Bundan sonra müraciətlər hansı qaydada olunmalıdır?
- Bu problemin bizə aidiyyatı yoxdur, sistemin problemidir. Bəzən olur ki, xarab olur, bəzən də düzəldilir.
- Bu problem nə zamandır belədir?
- 10 gündür ki, belədir. Gah işləyir, gah işləmir.
- Bəs hal-hazırda necə?
- Hal-hazırda sistem işləyir.
P.S. Ümid edirik ki, öz ölkəmiz qədər sevdiyimiz qardaş Türkiyədə təhsil almaq istəyənlərin problemi həllini tapacaq. Çox istərdik ki, qardaş ölkənin Təhsil Nazirliyi randevu müraciətlərinin dəyərləndirilməsini və görüşlərin təyin edilməsini sürətləndirsin ki, gənclərin xəyalları qırılmasın.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi