Şeyx Sabirabaddakı "saqqal olayı"ndan danışdı

img

07-07-2014 [13:55]


"Bu addımı kim atıbsa şox ciddi səhv edib və həmin şəxs özbaşınalığa görə cəzasını almalıdır”.


Bunu "Turan”a  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bu günlərdə Sabirabadda vəhabi təriqətindən olan şəxsin saqqalının qırxılmasını şərh edərkən bildirib. 

Paşazadə bu addımın daha çox təxribat xarakterli olduğunu deyib, hansı qüvvələrinsə ölkədə daxili sabitliyi pozmaq istədiyini bildirib. Onun firkincə, ölkə daxilində məzhəbdaxili qarşıdurmalar yaratmağa qadir qüvvələr yoxdur. Ayrı-ayrı şəxslər arasında "kiçik söz-söhbət” ola bilər, amma bu elə şəxslər arasında məsələ kimi də qalacaq. Azərbaycanda geniş mənada dini tolerantlıq var,  bu səbəbdən üzündən məzhəblərarası toqquşmaların baş verməsi mümkün deyil.

QMİ sədri mətbuata tövsiyə verməyi də unutmayıb. Onun fikrincə, mətbuat bu məsələyə həssas yanaşmalı, hadisəni şişirtməməlidir. Mətbuat bu məsələyə həssas və ölçülü-biçili yanaşmalıdır. "O ki qaldı kimlərinsə neçə maşınla buradan Sabirabada hərəkət etməsi, vəhabilərin kimlərəsə kütləvi hücum etmələri kimi əsassız xəbərlərin yayılmasına bu daha çox hadisələrin qızıdırılmasında maraqlı olan qüvvələrin təxribatına oxşayır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA