MedEra Hospitalda nələr baş verir?-ÖZƏL

img

07-07-2014 [13:04]



Son dövrlər bəzi özəl klinikalarla bağlı narazılıq pik həddə çatıb. Xüsusən də telekanallarda reklam olunan klinikalarda pasiyentləri aldadaraq külli miqdarda pullar qazanılır.

Bu siyahıda olan klinikalardan biri də MedEra Hospital klinikasıdır. Klinika reklamlarında elan edir ki, MedEra Hospital - 2012-cı ildə açılmış, çoxsahəli Tibb mərkəzidir. Hospital müasir dünya texnologiyalarıyla təmin olunub və təcrübəli mütəxəsislərlə fərqlənir. Ancaq sözügeən tibb mərkəzinin digərləri ilə elə də fərqi yoxdur. Klinikanın ən ali məqsədi daha çox pasiyent cəlb edərək milyonlarla vəsait qazanmaqdır. Bu işdə isə onlar telekanallardakı reklamlar yardımçı olur. MedEra-nın əsas reklamı Azərbaycanda diabeti cərrahi ( laparoskopik) üsulnan tam aradan qaldıran tək mərkəzi olması ilə bağlıdır. Telekanallara dəvət olunan mütəxəssisləri diabeti cərrahi üsulla tam aradan qaldırdıqlarını bildirirlər. Ancaq bununla bağlı ciddi problemlərin üzə çıxdığı bildirilir. Bu barədə MİA-nın elektron poçtuna daxil olan məlumata görə, diabeti cərrahi üsulla aradan qaldırmaq üçün bu klinikaya müraciət edən xəstələrin bir qisminə artıq müalicənin mümkün olmadığını bildirilər. Hansı ki, həmin xəstələr bahalı müıyinələrdən keçirilir, xeyli xərcə salınır, vəziyyətləri ağır olduğu üçün cərrahi müdaxilə edilmir. Halbuki, onları həmin bahalı müayinələrdən keçirmədən də, analoji cavab vermək olardı.

MİA-ya daxil olan digər məlumatda isə bildirilir ki, əməliyyat olanların da bir qismi nəticədən narazı qalıblar. Bununla bağlı klinikaya müraciət edənlərə isə "əməliyyatdan bir müddət sonar belə vəziyyət ola bilər” cavabı verilir. Yəni, pasiyentləri min-bir bəhanə ilə yola verirlər.

Əldə etdiyimiz digər məlumata görə, klinikada maliyyə maxinasiyaları da baş verir. Belə ki, 2 min manat və ondan yuxarı məbləğli əməliyyatlar, müayinələr çox aşağı qiymətə qeydiyyatdan keçirilir. Yəni, ikili muhasibatlıq var. Məlumatlı şəxs deyir ki, klinika rəhbərliyi vergidən ildə yüz minlərlə manat vəsait yayındırır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA