Səlahəddin Dəmirtaşa daha iki ittiham üzrə 2.6 il cəza kəsildi 

img

19-07-2024 [23:12]


Türkiyədə fəaliyyətinə xitam verilən HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş daha iki ayrı ittiham üzrə mühakimə olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Türkiyə Respublikası hökumətini, məhkəmə orqanlarını, hərbi və ya polis qüvvələrini açıq şəkildə təhqir etmə” və “xalqı düşmənçiliyə təhrik" cinayətləri üzrə hakim qarşısana çıxarılıb.

Məlumata görə, hazırda başqa bir cinayətə görə həbsdə olan Ddemirtaş Ədirnə F Tipi Qapalı Cəzaçəkmə Müəssisəsindən məhkəməyə onlayn qatılıb: "O, ittihamları rədd etsə də, Mersin 14-cü Asliye Cəza Məhkəməsinin hakimi onu qeyd edilən maddələrlə günahkar bilib. Məhkəmə qərarı ilə o, 2 il 6 ay müddətinə növbəti cəzaya məhkum olunub".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR