Artur Rasizadədən qərar, Maliyyə və Təhsil Nazirliyinə göstəriş verildi

img

06-07-2014 [13:35]


Nazirlər Kabineti Təhsil Nazirliyinin Masallı Dövlət Regional Kollecinin yaradılması barədə qərar verib.

MİA APA-ya istinadən xəbər verir ki, bununla əlaqədar "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın "Orta ixtisas təhsili müəssisələri” bölməsinə Masallı Dövlət Regional Kollecinin adı əlavə edilib.

Qərara əsasən, Təhsil Nazirliyi Maliyyə Nazirliyi və Masallı Rayon İcra Hakimiyyəti ilə birlikdə Masallı Dövlət Regional Kollecinin maliyyələşdirilməsi və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA