Metropolitenlə bağlı qərar verildi

img

06-07-2014 [13:34]


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" prezident Sərəncamının icrası ilə əlaqədar A Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilib.

ANS PRESS-in məlumatına görə, yeni qərara əsasən "Azərbaycan Respublikası Nazirlər Kabineti fövqəladə komissiyasının tərkibi"ndə "V.M.Nadirli - Bakı Metropoliteninin rəisi" sözləri "Z.M.Hüseynov - "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri" sözləri ilə əvəz edilib.

"Bakı şəhəri sərnişin nəqliyyatının işinin daha da təkmilləşdirilməsi və onun maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri haqqında" Nazirlər Kabinetinin qərarının 17-ci hissəsində "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilib.

"Bakı Metropoliteninin "Bakı Soveti" stansiyasının adının dəyişdirilərək "İçərişəhər" adlandırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarındakı "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA