TRAMPA SUİ-QƏSD: İranın adı niyə hallanır? - TƏHLİL
19-07-2024 [09:54]
Prezidentliyə namizəd, ABŞ-nın eks-prezidenti Donald Trampa qarşı yenidən sui-qəsd təşkil edilə biləcəyinə dair iddia yayılıb. Diqqətçəkən məqam isə sui-qəsdin İran tərəfdən törədiləcək olmasıdır.
Əsas arqument budur ki, İran 2020-ci ildə qətlə yetirilən Qüds qüvvələrinin komandanı general-mayor Qasım Süleymaninin ölüm əmrinin birbaşa Donald Tramp tərəfindən verildiyini əsas gətirərək onun yenidən prezident seçilməsini istəmir. Buna görə də yaxın vaxtlarda ona qarşı sui-qəsd təşkil edəcək.
İran küçümsənəcək bir ölkə deyil. Xüsusilə də sui-qəsdlər məsələsində kifayət qədər təcrübəyə sahibdir. Lakin Tehranın sırf Qasım Süleymaninin ölümü zamanı Trampın prezident olmasını əsas gətirib, ona sui-qəsd təşkil etməsi inandırıcı deyil. Tehran bu qədər qeyri-peşəkar hərəkət etməz.
Ümumiyyətlə, bu iddia yüksəkrütbəli amerikalı məmurlara istinadən yayılıb. Onların kimliyi bəlli deyil. Lakin iddianın əsl məqsədi haqda fikir irəli sürmək olar. Əslində diqqətçəkən bir məqam da iddianın məhz Donald Trampa sui-qəsddən qısa zaman sonra irəli sürülməsidir.
Məsələ ondadır ki, sui-qəsddən sonra Trampın reytinqi yüksəlib. O, hadisədən seçki kampaniyasında geniş şəkildə istifadə edir. Bu isə yalnız Bayden və tərəfdarlarını narahat edə bilərdi.
Mümkündür ki, elə iddia da məhz Bayden komandası tərəfindən mediaya sızdırılıb. Bu yolla onlar iki şeyə nail olmaq istəyirlər:
Birincisi, Donald Tramp sui-qəsddən sonra seçicilər ilə daha sıx görüşür, mitinqlərə qatılır. Qorxmaz obraz yaradan Tramp bu yolla reytinqini artırır. Trampa qarşı yeni sui-qəsdin olacağı iddiasını irəli sürərkən Bayden komandası onu qorxutmaq, meydanlara gəlməkdən çəkindirmək istəyir.
İkincisi, Trampın elektoratı günü-gündən artır. Hər mitinqdə daha çox insan ona dəstək verməyə gəlir. Sui-qəsd iddiasının irəli sürülməsinin bir səbəbi də məhz bu kütləni qorxutmaq, təşviqat mitinqlərində kütləviliyin qarşısını almaqdır. Xüsusilə İran faktoru dövriyyəyə buraxılaraq ehtimal sui-qəsdin kamikadze şəklində kütləvi hal ala biləcəyi mesajını verir.
Tramp təbiət etibarilə həm də şoumendir. ABŞ-da şoular isə həm də risklidir. Tramp yenidən prezident seçilmək istəyir və bunun üçün bütün riskləri alacaq. Yəni bu iddialar onu qorxutmaqdansa daha da motivasiya edəcək.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi