Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
19-07-2024 [00:04]
Qoç - istənilən işi sürətlə, maraqla görsəniz, yaxşı nəticə əldə edəcəksiniz. Təxəyyülü işə salın. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Praktiki işlərə üstünlük verin. İndiyədək vaxt azlığından başlaya bilmədiyiniz işləri reallaşdırmağa can atın.
Adi günlərdən fərqli olaraq daha eqoist davranmayın. Yaxın ətrafınızdakı insanların maraq və mənafelərinə fikir verin. Sevdiyiniz insanla təmaslarda qayğıkeş olun.
Buğa - nə işlə məşğulsunuzsa - ehtiyatlı olun. Yol verə biləcəyiniz səhv sonradan ciddi problemlər yarada bilər. Sayıq, sərvaxt olun. Yardım istəməkdən, məsləhət üçün etibarlı insanlara üz tutmaqdan çəkinməyin. Mənəvi də olsa, dəstəyə ehtiyacınız var.
Ünsiyyətdə yaranan fikir ayrılıqlarına sakit yanaşın. Hər şey barədə dil tapmaq olar. Sadəcə, səbrli olun. Kulinar eksperimentlərdən boyun qaçırın. Qida allergiyası yarana bilər. Maliyyə durumu əlverişlidir.
Əkizlər - istirahət və əyləncə barədə fikirlərə qapılmayın. Çətin işi birlikdə görmək daha məsləhətdir. Məsləhətçiləriniz nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Alış-verişdə bədxərclik etməyin. Məsrəfləri azaltmağa çalışın.
Günün ikinci yarısı çətin, qarışıq zamandır. Etibar etdiyiniz insanda yanıla bilərsiniz. Layiq olmayan insanlarla uzun-uzadı danışmayın. Sevdiyiniz insanla keçirdiyiniz zamanı darıxdırıcı saymayın.
Xərçəng - yalnız planlaşdırılmış işlərlə məşğul olun. Aldığınız təkliflər nə qədər maraqlı və cazibədar təsir bağışlasa da, onları düşünmədən qəbul etməyin. Bir zamanlar işlərinizə mane olan, sizə problemlər yaradan insan sizinlə danışmaq istəyir. O, günahının bağışlanmasını istədiyini deyəcək. Lakin bu adamla ünsiyyət sizə yaxşı heç nə vəd etmir.
Ailədə problemlər ola bilər. Yaxınlarınızla dil tapmaq çətindir. Bir müddət tək qalın, maraqlandığınz işlə məşğul olun. Əsəblərinizi bu minvalla sakitləşdirə bilərsiniz.
Şir - qarşınızda yeni üfüqlər açılır. Çoxdan bəri qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. İndiyədək haqlı olduğunuza şübhələnən insanları da arxanızca apara bilərsiniz. Həmfikirlər sizə rəğbət bəsləyirlər.
Bu hisslərin izharı xoşunuza gəlməyə bilər. Yaxınlarınızın bəziləri sizi sinirləndirəcək, məyus edəcək addımlar atacaqlar. Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq.
Qız - çox uğurlu gündür. Əhəmiyyətli gəlir və dəyərli hədiyyə ehtimalı var. Köhnə tanışlardan alınacaq xəbərlər sizi sevindirəcək. Dəyər verdiyiniz insanlardan biri ilə təsadüfi görüş əhvalınızı yaxşılaşdıracaq. Anlaşılmazlıq ucbatından əskilmiş dostluq və romantik əlaqələrin bərpası mümkündür.
İmiclə eksperimentlər üçün münasib zamandır. Özünüzlə bahəm, ətrafınızdakı insanlara yenidən baxın. Sizin üçün çox işlər görmüş insanı layiqincə dəyərləndirin.
Tərəzi - peşəkar fəaliyyətlə bağlı məsələlərin qeyri-formal şəraitdə müzakirəsi üçün əlverişli zamandır. Maraqlarınızı bölüşən insanlarla bir sıra məsələləri təhlil edin. Həyata keçiriləcəyi təqdirdə yaxşı gəlir vəd edən biznes-ideyalar var.
Alış-veriş üçün pis gün deyil.
Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənir. Hadisələrin inkişafından narazı qalmayacaqsınız. Təşəbbüskar ola bilərsiniz. Yaşam potensialınızın səviyyəsi yüksəkdir.
Axşam saatlarında aktiv istirahəti seçin.
Əqrəb - tələsməyin, vurnuxmayın. Situasiyanın ağırlaşması sizi təlaşa salmasın. Yaxın ətrafınızdakı insanları tələsdirərək onlarda qıcıq yaratmaq əvəzinə olayların ritminə uyğunlaşmağa çalışın. Köhnə dostlarla dil tapmaq çətin deyil. Onlar mövqeyinizi bölüşməsələr də, münaqişəyə səbəbkar olmayın.
Yeni tanışlarla səbrli davranın. Onlar sizinlə razılaşmayanda kəskin mübahisəyə başlamayın.
Sevdiyiniz insanla xüsusilə diqqətli, qayğıkeş olun.
Axşam saatlarını ailədə, yaxınlarınızla keçirin.
Oxatan - çoxdan bəri qarşınıza qoyduğunuz məqsədə doğru əhəmiyyətli addımlar atmaq, son zamanlar sizi maraqlandıran suallara cavab almaq üçün əlverişli gündür.
Amma bunun üçün xeyli qüvvə və vaxt sərf etməli olacaqsınız. Günün ikinci yarısında yorulacaqsınız. Fiziki iş ağır olmamalıdır.
Şəxsi münasibətlər baxımından uğurlu gündür. Sizi xoş sürprizlər gözləyir. Romantik görüş pis keçməyəcək. Yeni tanışda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Yaxınlarınızdan biri sizə hədiyyə verəcək.
Oğlaq - işgüzar aktivlik səviyyəsinin aşağı düşəcəyi gündür. Mühüm məsələlərin həlli üçün münasib zaman deyil. Buna rəğmən aktiv olun, yaranan problemləri vaxtında həll etməyə çalışın. Fəaliyyət arealının dəyişməsi və ya şəraitin yenilənməsində xeyir var. Yeni ideyalar sizi sevindirəcək.
Günün ikinci yarısında pozitiv emosiyalar az olmayacaq. Yaşam potensialının səviyyəsi yüksəkdir. Enerjili, nikbin davranın. Alış-verişə çıxmaq olar.
Dolça - maraqlı işlər çox olacaq. Darıxmayacaqsınız. Məqsədə çatmaq üçün aktiv olun, süstlük etməyin. Yaxın zamanlar üçün planlaşdırılmış səfərə gərəkli əşyalar alın. Cəsur ideyalarınızdan biri sizi sevindirə bilər.
Günün ikinci yarısında yaxınlarınızla aranızda mübahisələr yarana bilər. Onlar köhnə səhvləri xatırladacaqlar. Mənfi emosiyaları nümayiş etməyin. Yaşananlar sizi ruhdan salmasın.
Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər.
Balıqlar - sakit, başgicəlləndirici uğurlar və ya fəlakətli məğlubiyyətlər vəd etməyən gündür. Əhvalınızı pozmayın. Dostlarla görüş pozitiv emosiyalar bəxş edəcək. Son vaxtlar sizi narahat edən problemdən danışın. Yardım və ya dəstək ala bilərsiniz. Xoş sürprizlər, yaxşı tanımadığınız insanlardan hədiyyələr istisna deyil.
Ailə münasibətlərinin harmonik olmasına çalışın. Münaqişələr yaratmayın. Başladığınız işlərdə yaxınlarınız sizə dəstək olacaqlar. Uzunmüddətli səfərə yollanmaq məsləhət deyil. Sükan arxasında çox vaxt keçirməyin. Əhvalınız pisləşə bilər.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi