Azərbaycanda yeni siyasi partiya yaradıldı

img

06-07-2014 [13:22]


Bu gün saat 11-dən başlayaraq, VHP-nin qərargahındakı akt zalında yeni siyasi hadisə baş verməkdədir.

MIA musavat.com-a istinadən xəbər verir ki, uzun illər Müsavat partiyasının rəhbərliyində, daha sonra isə sabiq spiker Rəsul Quliyevin təşkilatında yer alan Sülhəddin Əkbər yenidən təşkilatlanma prosesini qurultay səviyyəsində davam etdirir. İndi onun təşkilatı Azad Demokratlar Partiyası adlanır. Təşkilatda bir zamanlar Müsavat Partiyasından gedən bir neçə şəxs də təmsil olunur.

İlk prosedur olaraq 198 nəfər qurultay üzvü qeydiyyatdan keçib.Təsis qurultayı Azərbaycan himninin oxunması ilə başlayıb. Daha sonra say, mandat komissiyasının üzvləri seçilib. İlk olaraq çıxış uçun söz Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbərə verilib.

O, partiyanın nizamnaməsini, görülən işləri, gələcəyə dair planları qurultay iştirakçılarının diqqətinə çatdırıb. Ardınca Tapdıq Abbas çıxış edib.

Qurultayda səslənən məlumatlara əsasən, partiya 2012 ci ilin dekabrında yaradılıb. 51 rayonda bölmələrinin olması iddia edilir.



Şərh Yaz




6 ŞƏRH

  • Ay mübarəkdir! Sağlıqla işlədəsiniz! Bu qədər siyasi partiyası olan ölkə indiyə gərək Marsı da Ayı da fəth edəydi daha Qarabağı hələ demirəm.

  • Demək istəyirsiniz, yeni partiya doğuldu. Atası "Musavat" anası "Azadlıq" və ya əksinə.

  • bu partiyada aldadici goruntu ile mesgul olacaq cox guman emblemlerinden o saat sezilir

  • Ferec Quliyevden rica edirem ki Sulheddin beyin partiyasina komek etsin iclaslarini kecirmek ucun MDHP nin ofisini onlara versin

  • İşsiz-gücsüz,``adamsız`` adamlar yenə də bir arada. Bunlar özlərinə bir gün ağlaya bilmirlər xalqa nə gün ağlayacaqlar......
    Yeni partiya yox....
    YENİ QEYBƏT QRUPU.
    Çoxu da atv,speys,ans kanallarının ```ştatnı qonaqlar``-ı kimi bir neçə partiyada təmsil olunurlar.

  • Azad Demokratlar Partiyasinin emblemi amerikan-israil simvollari ile zengindir

ŞƏRHİNİZ BİZİM ÜÇÜN DƏYƏRLİDİR!

(mütləq)
A-AA+

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA