Fəzail Ağamalı seçkiyə qatılmadı: "Qızımın namizədliyi təsdiqlənib"

img

17-07-2024 [17:20]


Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Artıq seçkidə iştirak edən şəxslər hansı dairələrdən namizədliyini irəli sürəcəklərini elan edirlər.

Mia.az-ın məlumatına görə, Lent.az-a açıqlama verən "Ana Vətən" partiyasının sədri Fəzail Ağamalı səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib: "Bu il iştirak etməyəcəm. Səhhətimdə bəzi problemlər var. Ona görə namizəd olmamağı qərara aldım".

Partiya sədri qızının namizədliyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib.

Onun sözlərinə görə, qızı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub: "Bu il qızım seçkilərdə iştirak edəcək. Artıq namizədliyi təsdiq olunub. Qızım, Günay Ağamalı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR