Hulusi Akar "3-cü dünya müharibəsi ola bilər" sualına "hə" dedi: "Hər şeyə hazır olmalıyıq"
16-07-2024 [17:09]
Türkiyənin sabiq müdafiə naziri, deputat Hulisi Akar hər an 3-cü Dünya Müharibə ehtimalını yüksək dəyərləndirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Haberrtürk" telekanalının aparıcısı Mehmet Akif Ersoyun canlı yayımda “3-cü Dünya Müharibəsi çıxa bilərmi?” sualına təsdiqləyici cavab verib: "Bizim 2500 illik çox geniş tariximiz var. Biz böyük bir xalqın üzvləriyik. Tarixə hər zaman tarixdə yaşamaq üçün deyil, oradakı iztirablardan dərs almaq və onun şanlı və məşhurluğundan ilham almaq üçün baxmaq lazımdır.
Bu imperialist güclər əqrəb kimidir. Əqrəblər sancmaya bilməz. Əqrəblər dayana da bilmir. Hazırda İsraildə böyük zülm var. Onlar soyqırım sayılan əməllər törədirlər.
Əsrlər boyu Türkiyəyə qarşı bir zülm var. İHA, SİHA istehsal edə bilməsəydik, ciddi problemlər yaşayardıq. Diplomatiyamızı asanlıqla həyata keçirməmizdə bunun böyük rolu var. Artıq Türkiyə peyk kimi idarə olunacaq.
Bir sözlə, əcdadlarımızı yaxşı oxumaq lazımdır. Onlara elmlə, ağılla baxmaq lazımdır. Bu, heç bir halda dinə, milli-mənəvi dəyərlərə zidd deyil. Ağıl və elmlə baxanda hadisələri görürük. Bizim əcdadlar deyirdi ki, sülh istəyirsənsə, döyüşə hazır ol.
Biz hər zaman müharibəyə hazır olmalıyıq, hətta günü bu gün üçün də. Əgər əvvəllər COVİD-dən danışsaydılar, biz bunu başa düşməzdik. Rusiya-Ukrayna müharibəsindən danışsalardı, inanmazdıq. İsrailin soyqırımı göz qabağındadır. Demək istəyirəm ki, olmaz deyilən hər şey hər an ola bilər. Mehmetçik kimi yüksək əhval-ruhiyyə bu saat heç bir orduda yoxdur. Dövlət olaraq, bizim onları ən qabaqcıl texnologiyaya əsaslanan silahlar, nəqliyyat vasitələri və avadanlıqlarla təmin etmək borcumuzdur.
Bilirsiniz, biz vaxtilə İsrailə pulunu ödədiyimiz "Heron"ları baxımını təmin edə bilmədik. Allaha şükürlər olsun ki, biz indi müdafiə sənayesində möhtərəm Prezidentimizin təşviqi ilə yüksək səviyyələrə çatmışıq. Biz tanklar, toplar, hətta təyyarələr, helikopterlər, PUA-lar hazırladıq. Bayraktar məsələsi çox mühüm məsələdir. Bir sözlə, 3-cü Dünya Müharibəsi riski həmişə var. Müharibə müəyyən mənada başlayıb da...”.
Lamiyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi