"Bunlar oğlumun Şüvəlandakı bağ evində qalıb və..." - Hüseynbala Mirələmov "Mənim bu məsələyə nə aidiyyətim var?" deyir
16-07-2024 [11:58]
Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmovun oğlu su pulunu ödəmədiyi üçün məhkəməyə verilib.
Məlumata görə, Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan Fərid Mirələmovun həmin ünvan üzrə mənzilə verilən içməli suya görə borcu yaranıb. Bu səbəbdən “Azərsu”ASC Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.
Mia.az xəbər verir ki, Hüseynbala Mirələmov oğlunun su pulunu ödəmədiyi üçün məhkəməyə verilməsinin təfərrüatları ilə bağlı Modern.az-a danışıb.
Keçmiş deputat vurğulayıb ki, hadisənin görünməyən tərəfləri var: “Oğlumun vaxtilə bir yerdə işlədikləri dostu var. O, mənzil şəraiti yaxşı olmadığına görə oğluma müraciət edib, onun Şüvəlandakı bağ evində qalmaq istəyini dilə gətirib. Oğlum da deyib ki, “get, qal”. Bunlar oğlumun Şüvəlandakı bağ evində qalıb, bütün kommunal xidmətlərdən istifadə ediblər. Lakin su pulunu ödəməyiblər. Bağ oğlumun adına olduğuna görə onun adını yazıblar. Oğlum həmin adama zəng edib məsələni deyib. Elə dünən, ya əvvəlki gün həmin adam özü ödənişi edib”.
Hüseynbala Mirələmov məsələ ilə əlaqədar mətbuatda adının hallanmasından da söz açıb: “Mən dəfələrlə, müsahibə vermişəm ki, seçkilərdə namizədliyimi irəli sürməyəcəm. Məni bir məsələ maraqlandırır, lap tutaq ki, fərz edək, oğlum su pulunu ödəməyib, bəs mənim bu məsələyə nə aidiyyətim var? Mənim şəkilimi qoyub, “sabiq deputatın oğlu məhkəməyə verildi” deyə başlıq yazıblar. Bu, nə deməkdir? Lap deyək oğlum su pulunu ödəməyib, onun şəklini qoyardın. Yoxsa mənim şəklimi qoyub, sabiq deputat yazıblar. Mən bunu anlaya bilmirəm. Bu, ədalətsizlik və jurnalistikaya xəyanətdir. Mən politexnik institunu bitirsəm də, 5 il “Azərbaycan Pioneri” qəzetinin ədəbiyyat şöbəsində Baş redaktor işləmişəm. Onda bunlar heç dünyada yox idi. Mənə jurnalistika öyrədirlər? Nə məqsədlə bunu etdiklərini bilmirəm. Mən istəsəm, belə bir həvəsim olsa, onların səviyyəsinə ensəm, onları məhkəməyə də verə bilərəm”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi