İlham Əliyev sabiq nazirin müayinəsi haqda göstəriş verdi

img

05-07-2014 [15:02]


 Türk Dünyası üçün çox mühüm əsərlərin müəllifi, Milli Azadlıq Hərəkatının yaradıcılarından, türkologiya elminin aparıcı xadimlərindən, sabiq millət vəkili və Təhsil Naziri Firudin Ağasıoğlu Cəlilov bu gün ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə Gömrük Hospitalında müainədən keçirilib.

Məlumata görə, həkimlər sabiq nazirin testlərindən sonra, Onun müalicəsinin qardaş Türkiyə Respublikasının paytaxtı Ankarada xəstəxanalardan birində davam etdirilməsi yönündə qərar verblər.

Məlumata görə, artıq bu yöndə iş başlanılıb və Firudin Cəlilov önümüzdəki həftə Ankaraya aparılacaq(Veteninfo.az).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA