Parlament seçkisi: 431 nəfərin deputatlığa namizədliyi irəli sürülüb - Onlardan 261-nin namizədliyi təsdiqlənib (Yenilənib)

img

15-07-2024 [16:20]


Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün 119 seçki dairəsi üzrə 431 nəfər müraciət edib.

Mia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, 261 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib, 213 nəfərə imza vərəqəsi verilib. 9 nəfər isə imza vərəqəsini qaytarıb.

İclasda həmçinin Müasir Müsavat (MMP), Demokratik Maarifçilik (ADMP) və Müsavat Partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bununla da 22 siyasi partiyadan 551 səlahiyyətli nümayəndə rəsmən təsdiqlənmiş olub.

***

İyulun 13-dən deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərin qəbuluna başlanıb.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

Rövşən Qasımov deyib ki, indiyə qədər 401 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, onlardan 168 nəfəri 13 partiya tərəfindən irəli sürülüb(APA).


Digər xəbərlər
SON XƏBƏRLƏR