Keçmişin qisası, yoxsa...? - Deputat Malik Həsənovun yenidən deputat olması müşkilə çevrilir
15-07-2024 [09:40]
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçki prosesində rəqabət mühiti getdikcə qızışır.
Yenicag.az-ın əldə etdiyi məlumatlara görə, VI cağırış Milli Məclisin deputatı olmuş bir sıra şəxslərin bu seçkilərdə yenidən namizəd ola bilməyəcəyi, bəzilərinin namizəd olacağı halda belə, yenidən seçilmək şansları itiriləcək.
Məlumatlardan bəlli olur ki, Cəlilabad rayonunda deputat mandatı uğrunda “nəhənglərin” seçki savaşı artıq başlayıb. Belə ki, bu rayonda deputatlıq uğrunda yarışda bu rayondan olan sabiq iqtisadiyyat naziri Fərhad Əliyev özü ön planda olmasa da, yenidən Cəlilabadı “kurasiyasına” götürməyə çalışır. Cəlilabadda Fərhad Əliyev Əmlak Məsələləri Komitəsinin keçmiş sədri, Prezidentin köməkçisi – Prezidenti Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bu rayondan deputat seçilmiş qardaşı Malik Həsənovla üz-üzə gəlir.
Növbədənkənar parlament seçkiləri barədə araşdırma aparan veteninfo.az saytı yazır ki, bu seçkilərdə yenidən parlamentə düşmək istəyən bəzi YAP üzvlərinə indidən qapını göstəriblər. “Çoxlarına bəllidir ki, YAP açıq şəkildə bəyan edib ki, partiyanın bu dəfəki namizədləri modern düşüncə sahibi olan şəxslər olacaq. Bir çox rayonlarında YAP sədrlərinə bu barədə göstəriş verilib. Bu dəfə parlamenti özü üçün qoruma yolu seçən 67 saylı Cəlilabad şəhər seçki dairəsindən millət vəkili seçilən Malik Həsənov haqqında məlumat verəcəyik. 4 ildir ki, cəlilabadlılar millət vəkilləri Malik Həsənovu axtarıb tapa bilmirlər. Keçən iki cağırış Malik Həsənov bir dəfə də olsun secicilərini ziyarət etməyib. Bunu biz demirik. Onun seciciləri sosial şəbəkədə yazırlar. Görünür, Malik Həsənovun secicilərinin qarşısına cıxacaq nə üz var, nə də sözü…”, – deyə sayt qeyd edir.
Qeyd edək ki, Fərhad Əliyevin seçki prosesinə qoşulması ilə Malik Həsənovun yenidən deputat olmaq şansı getdikcə azalır. Çünki Fərhad Əliyev M.Həsənovun yerinə öz adamın seçdirmək istəyir. Fakt isə budur ki, əhali arasında müsbət meyllər Fərhad Əliyevin tərəfindədir. Lakin bu vaxta qədər Kərəm Həsənov və onun deputat olan qardaşı Malik Həsənov rayon üçün hansısa faydalı işə sahib olmayıb, rayon əhalisinin güzəranına müsbət təsir edə bilən hansısa işlər görməyib. Malik Həsənov inzibati resursların hesabına deputat olduğu üçün rayon əhalisinin səsi və mövqeyi onun üçün heç bir əhəmiyyət kəsb etməyib. Fərhad Əliyev isə vəzifədə olarkən Cəlilabad rayonu sakinlərinə daha çox diqqət göstərib, bu da seçicilər arasında onun namizədinə səs vermək şanslarını artırır. Malik Həsənovun yenidən deputat seçilməsini rayon əhalisi onsuz da istəmirdi, digər tərəfdən Fərhad Əliyevin yenidən meydana çıxması onun yenidən deputat seçilməsinə ciddi problem yaradacaq.
Malik Həsənovun fəaliyyəti barədə məlumat verən veteninfo.az saytı yazır ki, bu illər ərzində millət vəkili ancaq öz biznesini genişləndirməklə məşğul olub.
“O, millət vəkili kimi deyil, daha çox biznesmen kimi tanınır. Malik Həsənovun əlinin altında sahib olduğu onlarla şirkət, restoran, ticarət mərkəzləri var. “Baku Mall”, “X-Petrol” yanacaqdoldurma məntəqələri,”Bağçasaray” restoranlar şəbəkəsi məhz Malik Həsənova məxsusdur. Bəziləri zarafatla deyirlər ki, Cəlilabad məhz Həsənovların kurasiyasındadır. Bütün bu gücə baxmayaraq, nədənsə Malik Həsənov və onun himayəçiləri sadə secici ilə maraqlanmır”, – deyə məlumatda qeyd olunur.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)