Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası: proses niyə "tıxac"a düşüb? - TƏHLİL
12-07-2024 [15:09]
Erməni mediası iddia edir ki, iyulun 1-də təsdiq edilməli olan Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə birgə komissiyanın əsasnaməsi hələ də tərəflər arasında razılaşdırılmayıb. Mənbə danışıqların “konstruktiv məcraya” daxil olmadığını yazıb.
İddia edilir ki, Ermənistan bütün sərhədin Almatı Bəyannaməsi əsasında delimitasiyasında maraqlıdır, Azərbaycan isə razı deyil. Ermənistan Cermuk, Göyçə istiqamətində delimitasiya və demarkasiyanın aparılmasını istəyir. Azərbaycan isə Qərbi Zəngəzur-Naxçıvan istiqamətində delimitasiyanın tərəfdarıdır. Bu proses daxilində Kərki kəndini tələb edir.
Rəsmi Bakı danışıqlar prosesində maksimum konstruktiv davranır. Yəni nə prosesi uzatmaq niyyətindədir, nə də sülhü gecikdirmək. Bunu ən sadə formada Prezident İlham Əliyevin çıxışları zamanı sülhlə bağlı dediklərindən görmək olar.
İrəvan “əsasnamə razılaşdırılmayıb, danışıqlar “konstruktiv məcraya” daxil olmayıb” desə də, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin ofisinin məlumatı bunun tam əksini göstərir.
Həmin məlumatda qeyd olunur ki, Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə komissiyaları birgə fəaliyyət haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzərində işləyir. Hətta iyulun 1-də komissiyalar əsasnamə layihələrinin mübadiləsini həyata keçirib və bir sıra müzakirələr aparıb.
Prezident İlham Əliyev iyulun 1-də Kanadanın yeni təyin olunmuş səfiri Kevin Hamiltonla söhbət zamanı bildirib ki, Azərbaycan və Ermənistan hazırda ikitərəfli səviyyədə daha yaxşı nəticələr əldə edir.
“Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin delimitasiyasına nail olunub”, – o qeyd edib.
Azərbaycanın sərhədin Almatı Bəyannaməsi əsasında delimitasiyasında maraqlı olmaması ilə bağlı iddia absurddur. Belə ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub. Razılığa əsasən, tərəflər delimitasiya prosesində 1991-ci il Almatı Bəyannaməsini əsas alacaqlarını bildiriblər. Həmçinin həmin baza prinsipini əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər.
Rəsmi Bakı bu məsələ ilə bağlı razılığını bildirib, amma unutmayaq ki, əsas alınmaq mütləq belə olacaq demək deyil. Yəni situasiyadan asılı olaraq yanaşma dəyişə bilər. O ki qaldı delimitasiyanın növbəti mərhələsinin haradan başlayacağına, burada fikir ayrılıqlarının olması təbiidir.
Ermənistan Cermuk, Göyçə istiqamətində delimitasiya və demarkasiyanın aparılmasını istəyir, çünki həmin istiqamətdə Azərbaycan Ordusunun irəlilədiyini iddia edir. Azərbaycan isə Qərbi Zəngəzur-Naxçıvan istiqamətində delimitasiyanın tərəfdarıdır və Cermuk-Göyçə tərəfdə Ermənistan ərazisinə doğru hər hansı hərbi irəliləmənin olmadığını elan edib.
Bakı məsələyə delimitasiyanın gələcəyi və sülhün qalıcılığı aspektindən baxır. Belə ki, sərhədin Qazax-Tavuş bölgəsi delimitasiya üçün ən çətin və kritik nöqtə idi. Amma tərəflər burada razılığa gəldi. Bu nəticənin davamlı olması üçün növbəti kritik məntəqədə delimitasiyaya başlamaq lazımdır.
Delimitasiyanın Qərbi Zəngəzur-Naxçıvan istiqamətində başlaması kommunikasiya xətlərinin açılması, sərbəst keçidin təmin edilməsi baxımından vacibdir.
O ki qaldı Kərki kəndinin geri tələb edilməsinə, Azərbaycan buna dair hələlik rəsmi məlumat verməyib. Ümumiyyətlə, yerdə qalan anklav və eksklavların hansı modellə tənzimlənəcəyi bəlli deyil. Bakı hələlik bu məsələyə fokuslanmayıb, lakin gec-tez bu istiqamətdə danışıqlar başlayacaq.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi