Artur Rəsizadə qərar verdi - DƏYİŞİKLİK

img

04-07-2014 [23:59]


Baş nazir Artur Rasizadə daha bir qərar imzalayıb.

Məlumata görə, baş nazir "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərar verib. 

Baş nazirin qəranına əsasən, Azərbaycanda Silahlı Qüvvələrin Hərbi Akademiyasında doktorantura yaradılacaq.

Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının adları dəyişdirilib. 

Ə. Hüseynov adına Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Akad. M.Nağıyev adına Kimya Problemləri İnstitutu Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Mərdəkan Dendrarisi Dendrologiya İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu isə Fəlsəfə və Hüquq İnstitutu adlandırılıb(azvision.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA