Vəhabinin saqqalını qırxan şəxsi polis saxladı – Şübhəli olayla bağlı yeni xəbər

img

04-07-2014 [21:34]


Bu gün Sabirabad rayonunda vəhhabinin saqqalının kəsilməsi və təhqir olunması ilə bağlı sosial şəbəkələrə yerləşdirilən video böyük səs-küy yaradıb.

Xatırladaq ki, həmin videoda Sabirabad sakini vəhabinin saqqalını qırxaraq onu döyür.  "Sabirabada girən vahabinin axrı belə olur!» başlıqlı video ətrafında Mia.az müəyyən araşdırma aparıb.

Mia.az-ın əldə etdiyi məlumata görə, video saytlarda yayılandan sonra vəhabini döyən saqqalını qırxan Sabirabad sakini polis tərəfindən saxlanılıb.

Rayondan əldə etdiyimiz məlumata görə, vəhabini döyən Rəmzi adlı şəxs rayon bazarında xırdavat alveri ilə məşğul olsa da, o, İrana zəvvar göndərilməsində təşkilatçı rolunu da oynayır. Məhz bu da Sabirabadda yaşanan hadisənin təsadüf olmadığı qənaətini gücləndirir.

Mia.az-a verilən məlumata görə, Rəmzi hələ Sabirabad rayon Polis İdarəsində saxlanılır. Onunla yanaşı videonu yayanın da poliisə aparıldığı bildirilir. Bundan sonra isə video Youtbe.com-dan silinib. Böyük ehtimalla Rəmzinin barəsində cinayət işi açılacaq.

Rayon sakinləri isə olayı açıq şəkildə təxribat adlandırır bu hadisədən maraqlı qüvvələrin istifadə edərək, dini zəmində qarşıdurma yaradacaqlarından ehtiyatlanırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA