Paşinyanın İranın yeni prezidentinə zəngi və ya "köhnə palan"da yeni söhbətlər... - TƏHLİL
10-07-2024 [15:14]
Ermənistan Baş naziri Paşinyan İranın yeni prezidenti Məsud Pezeşkianı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
Telefon danışığında tərəflər əvvəllər dövlətlərarası səviyyədə əldə edilmiş razılaşmalara sadiq olduqlarını təsdiqləyiblər. Onlar mümkün olan qısa zamanda görüşmək barədə razılığa gəliblər.
Şübhəsiz Məsud Pezeşkianın prezident kimi Ermənistan ilə münasibətləri necə formalaşdıracağı diqqət çəkir. Xüsusilə də Tehran-İrəvan münasibətlərində dəyişikliyin olub-olmayacağı başlıca sualdır.
M.Pezeşkianın Ermənistana baxış bucağı əslində diqqət çəkir. Misal üçün, 2019-cu ildə Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı ermənilərin Tehranda fəaliyyət göstərən “Ararat” idman mərkəzini ziyarəti ilə bağlı yazı qələmə almışdı. Həmin yazıda M.Pezeşkian N.Paşinyanın daxil olduğu qapalı stadionun divarında keçmiş qondarma rejimin “bayrağı”nın asılmasını, onun üzərində erməni dilində “Qarabağ Ermənistanındır və son” yazısının olmasını və baş nazirin orada foto çəkdirməsini tənqid etmişdi. Hətta M.Pezeşkian bu məsələnin yolverilməz olduğunu, Qarabağın islam torpağı olduğunu qeyd etmişdi.
Digər bir diqqətçəkən məqam isə 2020-ci ildə M. Pezeşkian İran parlamentinin deputatı olarkən hökumətin Ermənistana dəstəyinin doğru olmadığını, bunun İran xalqının iradəsinə uyğun gəlmədiyini deməsidir: “Qarabağ islam torpağıdır. İran İslam Respublikasının xarici siyasəti sülh münasibətləri və qonşu ölkələrin daxili məsələlərinə qarışmamaq prinsipini mənimsəyir. Hökumət bir ölkə ilə əlaqələri genişləndirmək bəhanəsi ilə milli maraqları və mənafeyimizi tapdalamamalıdır”.
Məsud Pezeşkian ilə bağlı təkcə bu iki nüans onun Ermənistana baxışının neqativ olduğunu deməyə əsas yaradır. Lakin bu belə deyil.
Birincisi, hər şeydən öncə unutmamaq lazımdır
ki, İranda prezident institutunun xarici siyasətdə elə də çox təsir gücü yoxdur. Bu məsələyə daha çox İran Ali dini lideri və SEPAH nəzarət edir. Yəni Məsud Pezeşkian istəsə belə Ermənistanla münasibətləri dəyişə bilməz.
İkincisi, M.Pezeşkian deputat ikən çox şey deyə bilər. Yəni deputat kimi onun sözlərinin məsuliyyətini İran hökuməti daşımır. Amma prezident kimi İranı təmsil edir, müsbət və ya mənfi yöndə özbaşına nəsə deyə bilməz. Təsadüfi deyil ki, Paşinyanla söhbət zamanı M.Pezeşkian dövlətlərarası səviyyədə əldə edilmiş razılaşmalara sadiq olduqlarını təsdiqləyib.
Üçüncüsü, M.Pezeşkianın yuxarıda qeyd etdiyim reaksiyaları heç də onun özünün subyektiv görüşü deyil. Misal üçün, 2019-cu ildəki hadisə zamanı İranda yaşayan azərbaycanlılar Tehranda yol verilən bu təxribata qarşı çıxmış, siyasi sferada önəmli rol oynayan bir neçə soydaşımız bu addıma görə hökumətin günahkar olduğunu bildirmişdi. Mümkündür ki, M. Pezeşkian da məhz bu səbəbdən hökumətin istəyi ilə belə bir tənqidi yazı qələmə alıb.
2020-ci ildə isə artıq M.Pezeşkian deputat kimi reaksiya verir və aydın məsələdir ki, İran hakimiyyəti həmin vaxt deputatların dili ilə konkret mesajlar verirdi.
M.Pezeşkian ilə bağlı bir digər sual yaradan məsələ onun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, habelə, Zəngəzur dəhlizinin açılması ilə bağlı İranın mövqeyinə təsir edib-etməyəcəyidir.
Zəngəzur dəhlizi məsələsi İran üçün dəyişməz bir məsələdir. Yəni mümkündür ki, Tehran yenə bu məsələyə qırmızı çizgi kimi baxacaq. Tehranın Qafanda konsulluq açması əslində bu məsələdə İranın prezidenti olacaq istənilən şəxsdən asılı olmayaraq məsələyə baxışının dəyişməz olduğunu sübut edir. Tehran xüsusilə sərhədlərin dəyişməzliyi, habelə İran-Ermənistan sərhədi də daxil olmaqla Ermənistanın cənubunun üçüncü tərəfin nəzarətinə keçməsinə razı deyil. Yəni Məsud Pezeşkian bu məsələdə qərarvermə mexanizminə sahib deyil.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi