Artur Rəsizadə qərar verdi - 4 müavini olacaq

img

04-07-2014 [16:44]


"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətini (QSC) idarə edəcək İdarə Heyəti sədr və sədrin 4 müavinindən ibarət olacaq.

Bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Bakı Metropoliteni” QSC-nin Nizamnaməsində əksini tapıb.

 

İdarə Heyəti qanunvericiliklə və Nizamnamə ilə "Bakı Metropoliteni” QSC-nin səhmdarlarının ümumi yığıncağına və sədrinə verilmiş müstəsna səlahiyyətlər istisna olmaqla Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir. "Bakı Metropoliteni” QSC-nin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir. "Bakı Metropoliteni” QSC-nin Nizamnamə kapitalı 1 milyard 770 milyon 950 min 768,02 manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 14,14 manat olan 125 milyon 244 min 043 (yüz iyirmi beş milyon iki yüz qırx dörd min qırx üç) ədəd adi səhmdən ibarətdir.

 

"Bakı Metropoliteni” QSC fəaliyyət istiqamətlərinə sərnişinlərin vaxtında və təhlükəsiz metro nəqliyyatında daşınmasının təmin edilməsi, metropolitendə qatarların hərəkətinin təşkilinin və təhlükəsizliyinin təmin olunması, metro nəqliyyatında hərəkətin və infrastrukturun idarə olunmasında müasir texnologiya və üsulların tətbiq edilməsi, metropolitenin işi ilə əlaqədar istehsalat, inzibati, yaşayış və sosial-mədəni təyinatlı və digər obyektlərin tikintisinin, təmirinin və bərpasının həyata keçirilməsi, metropoliten stansiyalarının, xətlərinin, elektrik depolarının, tunellərin, körpülərin tikintisi, yenidən qurulması, bərpası və təmiri işlərinin həyata keçirilməsi daxildir. Eyni zamanda "Bakı Metropoliteni” QSC fəaliyyət istiqamətlərinə uyğun materialların və avadanlıqların istehsalı və satışı, metropoliten şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, Cəmiyyətin inkişafı ilə bağlı digər tədbirlərin görülməsi ilə məşğul ola biləcək. "Bakı Metropoliteni” QSC xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü ilə yalnız belə xüsusi razılıq (lisenziya) aldıqdan sonra məşğul ola bilər.


"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) strukturuna Cəmiyyətin Aparatı, törəmə müəssisələri və tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar daxildir.

Bu, Nazirlər Kabinetinin "Bakı Metropoliteni” QSC-nin strukturunun təsdiqlənməsi barədə verdiyi qərarda əksini tapıb.

"Bakı Metropoliteni” QSC-nin törəmə müəssisələrinin siyahısında 1 saylı Tunel Tikinti İdarəsi, 2 saylı Tunel Tikinti İdarəsi, 3 saylı Tunel Tikinti İdarəsi, Xüsusi Tamamlama İşlər İdarəsi, Xüsusi Hidrotexniki İşlər İdarəsi, Dəmir Beton Konstruksiyalar Zavodu, Mexanikləşdirmə İdarəsi, Avtonəqliyyat Müəssisəsi, "Bakımetrolayihə” İnstitutu, Hərbiləşdirilmiş dağ-mədən xilasetmə dəstəsi, İstehsalat Texniki Komplektləşdirmə İdarəsi daxildir. "Bakı Metropoliteni” QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatların siyahısında isə Hərəkət, Yol, Tunel Qurğuları, Elektrik Təchizatı, İşarəvermə və Rabitə, Elektromexanika, Əsaslı Təmir və Avtomotonəqliyyat xidmətləri, Depolar üzrə iş Departamenti, Birləşmiş emalatxanalar, "Bakı Metropoliteni” QSC-nin Sağlamlıq Mərkəzi yer alıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA