Polis rəisinə ağır ittiham - Şikayət

img

04-07-2014 [15:10]


"Bakı şəhər Nizami rayon Polis İdarəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov dələduza havadarlıq edir".

Bu sözləri Qubadlıdan olan məcburi köçkün İradə Quliyeva deyib.  Xanıç şikayətçinin sözlərinə görə, əvvəllər yaxşı tanımadığı Gündüz Bayramov adlı bir şəxs onun etibarından sui-istifadə edərək, işə düzəltmək məqsədi ilə onun 21,498 manat pulunu mənimsəyib.

Mia.az xəbər verir ki, bu sözləri Arazmedia.az-a deyən məcburi köşkün bildirib ki, bütün instansiyalara yazılı müraciətlər edib: "Yarım ildir ki, Nizami rayon Polis İdarəsində guya bu iş araşdırılır, amma nədənsə cinayət işi açılmır.  Gündüz Bayramov Nizami rayon Polis İdarəsinin rəisi polkovnik Nofəl Məhərrəmovun yaxın qohumudur. Məhz Nofəl Məhərrəmovun göstərişinə görə onun barəsində cinayət işi başlanmır". 

Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA