İcra başçısı qoydurmaq istədi, 600 min aldı, özünü "tələ"yə saldı - Hakimin cinayət işi

img

04-07-2014 [15:00]


Azərbaycanda keçmiş hakim dələduzluqda təqsirləndirilir.


Bu barədə vəkil Adəm Məmmədovun verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevə qarşı istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə ittiham elan olunub. 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda H. Əliyevin Rusiyadan gəlmiş iş adamı Ramazan Səlimovu aldadaraq 600 min manat pulunu mənimsədiyi barədə məlumat yayılıb. Məlumata görə, Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı iş adamı Elman Məmmədova müraciət edib. E. Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev isə R. Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R. Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və E. Məmmədov həbs edilib. Hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir.

Vəkil A. Məmmədov bildirib ki, E. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bu gün Nəsimi rayon Məhkəməsi tərəfindən 3 ay uzadıb.

Onu da qeyd edək ki, həmin məsələdən sonra prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib(apa).


Mia.az onu da bildirir ki, Həsən Əliyev Ramazan Əliyevi icra başçısı təyin etdirmək məqsdəylə həmin pulu alıb. Bu barədə o zaman dövrü mətbuatda da yazılıb. Məhz bu xəbərin ictimailəşməsindən sonra prezident İlham Əliyev onun hakimliik fəaliyyətinə xitam verib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA