Türkiyədə dəhşətli qətl: uşaq "nolar, atamı vurmayın" deyə özünü güllələrə sipər edib - FOTO
05-07-2024 [13:56]
Türkiyənin Dənizli şəhərində qandonduran cinayət baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Gümüşçay rayonunda baş verib.
Tekstil sexi və avtomobil salonu işlədən 35 yaşlı Emrah Görmez və 16 yaşlı oğlu Muhammet Hüseyin Görmez küçədə güllələniblər: "Emrah Görməz Dənizli Dövlət Xəstəxanasına, oğlu Muhammet Hüseyn Görmez isə Pamukkale Universiteti Xəstəxanasına aparılıb. Lakin oğul Görmez həkimlərin səyinə baxmayaraq, həyatını itirib. Ata Emrah Görmezin müalicəsi reanimasiyada davam edir".
Dənizli polisi qatilin Melih K. olduğunu müəyən etsə də, onun həbsi hələ də mümkün olmayıb.
Məlumata görə, hadisə zamanı onun yanında olan İzzet Duman isə iki gün sonra polisə təslim olub.
O, ifadəsində hadisəni belə nəql edib: "Melih mənə həyat yoldaşının Emrah Görmezlə onu aldatdığını söyləmişdi. Avtomobillə gəzərkən qəfildən Emrah Görmezlə rastlaşdıq. Bu zaman Melih silahını maşınının pəncərəsindən çıxararaq Emrah Görmezə doğrultdu. O da eyni qaydada buna silah çəkdi. Hər ikisi gözləmədə olan vaxtı, bir anlıq boşluqdan istifadə edərək Melih K.-nin əlindən silahı aldım. Maşından düşərək silahı Emrah Görmezə doğrultmadan “Emrah, silahını yerə qoy, həm namussuzluq edibsən, həm də qarşımızda dayanırsan" dedim və ondan getməsini tələb elədim. Lain o, dirəndi. Mən də havaya ii əl atəş açdım. Bundan sonra Emrah Görmez silahını endirdi. Mən maşının sol kreslosunda oturdum. Lakin bu an Melih silahı əlimdən qapıb maşından düşməyi ilə Emrah Görmezin ayağına 2 güllə sıxdı. O an Emrah Görmezin oğlu Muhammet Hüseyin Görmezin də araya girərək "nolar, atamı vurma" yalvardı. O anda Melihin tapançasından çıxan güllələrdən biri uşağa dəydi. O, yerə yıxıldı. Melih isə güllə bitincə Emrahda əl çəkmədi, Bu dəfə silahın qundağı ilə Emrah Görmezin başına bir neçə dəfə vurdu. Daha sonra Melih maşına oturdu və hadisə yerindən uzaqlaşdıq. Hazırda onun harada gizləndiyini bilmirəm...".
Firudin Səfərli
MİA.AZ


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi