Sabiq deputat müğənni Ruhini "topa tutdu: "Sənə Avropadan o medalı kim verib? Harada top atıbsan?"
03-07-2024 [09:49]
Etibar HÜSEYNOV,
Keçmiş deputat
***
Hamı bilir ki, mən "tərifçi" deyil , daha çox "tənqinçi" jurnalistəm. Jurnalistikada olduğum bu 35 ildə də kiminsə haqda xoş sözlər yazdığım tək-tük halda olub, ya yox. İndi məndən çıxmayan iş; o gün götürüb Ruhi Əliyeva haqda 5-3 cümləlik bir status yazdım. Yaxşı ki, statusda da Ruhi ilə uzaqdan-yaxına heç bir tanışlığım olmadığımı qeyd etmişdim. Yoxsa bu gün bir kimsəni, nəyəsə inandıra bilməzdim.
***
Dediyim ondadır ki, yazı dərc olunar-olunmaz bu qadın haqda mənə o qədər eybəcar faktlar-sübutlar göndərdilər ki, əlim üzîmdə qaldı. Doğrudan da insanları tanımaq nə qədər çətinmiş. Mənə zəng edənlər, ismarıç göndərənlər, təkidlə bircə anlığa YouTube-a, Google-yə baxmağa xahiş edirdilər. Baxdım və dəhşəltə gəldim. Mən bu xanım haqda yazılanlarları kənara qoyuram, axı bunun özünün yazdıqları, danışdıqları, etdikləri, sadəcə əttökənlikdi.
***
Ona göra də Ruhi haqda yazdığım statusu çıxardım. Bir də qələt eləyib tanımadiğım birisi haqda nəsə yazaram. Bu mənə dərs olar.
Ruhi Əliyeva haqqında deyilənləri, o cümlədən özünün danışıqları eybəcərlikləri kənara qoyuram. Onların əksəriyyətini heç dilimə də gətirməyi utanıram. Ancaq içərisindən ikisi barədə (videoların aşağıda qoyuram) soruşmaĝa məcburam:
***
1.Ruhi xanım guya ki, sizə "Avropanın "Şərəf" ordeni təqdim olunub.Hansı Avropanın ay xanım? Avropanın da "Şərəf ordeni" ola bilərmi? Mən Google-yə axtarış verdim, qarşıma buna bənzər heç bir məlumat çıxmadı.Videoda da deyildiyi kimi guya bu Avropa ordeni, Azərbaycanda ilk dəfə sizin adıniza gəlib və sizə təqdim olunur. Sual olunur: hardan gəlib, kimin adına gəlib? Bəs bu ordeni kim təsis eləyib? Onu yaxanıza taxan o məddahmı? Bu suallar açıq qalır. Xahiş edirəm bu barədə bir açıqlama verin.
2. Siz cəbhə bölgələrində dəfələrlə olubsuz. Əsgərlərimizə yardım da aparıbsız. Bunu ötən yazımda qeyd etmişəm. Bunu danmaq insafsızlıq olardı. Amma məhz cəbhə BÖLGƏlərində. Bu məqamda isə deyirsiz ki, 44 günlük müharibə dövründə CƏBHƏ xəttində top atıbsız. Bir neçə dəqiqə sonra isə deyirsiz ki, top atanın yanında dayanıbsız. Və top atılanda gurultunun gücü sizi yuxarı qaldırib, ağzı ıstə çevirib. Daha sonra isə guya Müdafiə nazirliyi rəsmisi (kimdir o rəsmi?) tərəfindən "Vətənə xidmətə görə" ordeni ilə təltif olunubsuz. Və ardınca da "İlin qəhrəman topçusu" adı, şerlər, mahnılar, kliplər və bu qəbildən olan bir sıra təmtəraqlı titullar. Əvvəla "Vətənə xidmət görə" ordeni yalnız Prezident tərəfindən təltif olunur. Və sinədə də sol tərəfə taxılır. (Sizin halda isə bu səhvən sağ tərəfə taxılıb). Bu yükək adla təltif olunanların siyahısına baxdım. O siyahıda adınıza rast gəlmədim. Bəs eləsə sizi kim təltif edib bu saxta ordenlə?
Əvvəla sizin tip, yani reklama ifrat meylli insanın, müharibə dövründə ön xəttə getməyinə qəti inanmıram. Getsəydiz ən azından videsunu-fotosunu paylaşardız. Və hətta bu baş veribsə onda, sizi ora buraxan "tupoy" mütləq tapılmalı və cəzalandırılmalıdır. Yani hansısa topçunun yanında dayanmağa görə də adama orden-medalmı verilər?
***
Nə isə söhbəti uzatmaq istəmirəm. Hörmətli Ruhi xanım. Sizə çoxlu sualım var. Ona görə də sizi redaksiyamızda Canlı efirə dəvət edirəm. Əgər özünüzə sıxışdırıb gəlmirsinizsə, mən gəlim. Toplayın başınıza bütün jurnalistlərinizi , vəkillərinizi , mən isə tək. Ancaq Canlı efir olmaq şərti ilə. Bundan İmtina da edə bilərsiz. Bu sizin haqqınızdır. (Onsuz da indiyə qədər hansısa müstəqil jurnalistə açıqlama verdiyiniz gözümə dəyməyib).
Və bununla da söhbət bağlanar. Amma nə badə hansısa uşaq-muşağa, gədə-güdəyə cavab yazdırasız. Bax onda bu "xəmir" çox su aparar. Sayğılarla..
https://hurriyyet.az/
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi