Naxçıvanın gömrük rəisi ilə bağlı yenı xəbər

img

04-07-2014 [00:36]


Türkiyədə saxlanılan Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Azərbaycana təhvil veriləcək.

Azərbaycanın Qarsdakı Baş konsulluğundan ANS PRESS-ə verilən məlumata görə, 2013-cü ilin dekabrında Türkiyədə saxlanılan Mirməhəmməd Seyidovun Azərbaycana təhvil verilməsi üçün sənədlərin hazırlanması tamamlanmaq üzrədir.

Qeyd edək ki, Mirməhəmməd Seyidov dekabr ayında Qarsda hava limanında Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Həmin vaxt Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi olmaqla 17 nəfər saxlanılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA