İcra başçısı Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət edib - VİDEO, FOTOLAR
28-06-2024 [10:34]
Ölkə başçısı İlham Əliyevin müvafiq göstərişlərinə əsasən, respublikamızın hər yerində olduğu kimi Gəncədə də dövlət qurumları mütamadi olaraq şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşür, müraciətlərini dinləyir, onları narahat edən məsələlərin həlli istiqamətində lazımi tədbirlər görür.
Niyazi Bayramov özü də Qarabağ qazisi olduğundan qazilərə, şəhid ailələrinə, veteranlara xüsusi diqqət və qayğı göstərir. Onların heç bir müraciətini geri çevirməyən Niyazi müəllim öz səlahiyyətləri çərçivəsində bu kateqoriyadan olan insanlara hər cür köməklik göstərir. Ona görə də Niyazi Bayramov bir icra başçısı kimi bütün müsbət insani keyfiyyətlərinə görə hər kəsin, eləcə də Gəncə şəhər sakinlərinin böyük hörmətini qazanıb.
Bu günlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd Tomuyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ailəsini ziyarət edib.
Niyazi Bayramov Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımova ilə görüşərək qeyd etdi ki, Azərbaycan xalqı həm I Qarabağ savaşı, həm də Vətən müharibəsində qəhrəmanlıq göstərərək, adını tarixə yazdıran igid oğullarımızla fəxr edir. Belə qəhrəmanlardan biri də Natiq Qasımovdur. O, xalqımızın şanlı tarixində iz qoyan igidlərimizdəndir. Dursun Qasımova övladının keçdiyi döyüş yolundan danışıb, onun igidliyindən, mərdliyindən söz açıb.
Milli Qəhrəmanın anası övladının əziz xatirəsinə göstərilən ehtirama görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib.
Eyni zamanda, Niyazi Bayramov Milli Qəhrəmanının anası Dursun Qasımovanın səhhəti və problemləri ilə maraqlanıb, bununla bağlı aidiyyəti qurumlaraa müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanaraq "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb.
Xatırladaq ki, Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.
25 İyun 2024-cü il tarixli Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
ELÇİN CAVADOV,
Gəncə Dövlət Universitetinin dosenti,
texnika elmləri doktoru
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi