Bayden və Trump 90 dəqiqəlik gərgin DEBATDA: liderlər bir-birlərini nələrdə ittiham elədi? - DETALLAR
28-06-2024 [09:49]
Bu ilin noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində üz-üzə gələcək Demokratlar Partiyasının üzvü Co Bayden və onun Respublikaçı rəqibi Donald Tramp canlı yayımda ilk debatda "dilləşiblər"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, tərəflər bir-birlərinin hətta fiziki qüsurlarını üzə vurmaqdan çəkinməyiblər.
CNN-in Atlantadakı studiyasında bir-birləri ilə salamlaşmadan və əl sıxmadan səhnəyə çıxan liderlər Cek Tapper və Dana Başın moderatorluğu ilə keçirilən 90 dəqiqəlik canlı yayımda seçicilərə öz mesajlarını veriblər.
Tramp dövründə iqtisadiyyatın çökdüyünü və işsizlik nisbətinin 50 faiz artdığını deyən Bayden bildiirb ki, onun iqtidarı dövründə bərpa prosesi gedib: “Bizə xaos içində qalan iqtisadiyyatı bərpa etdik, xeyli yeni iş yeri açdıq, istehsal üçün 800 min yeni imkanlar yaratdıq...".
Tramp isə prezidentliyi dövründə hər kəsin heyran qaldığı ölkə tarixinin ən böyük iqtisadiyyatına sahib olduqlarını bildirib: “Başqa ölkələr bizi nümunə götürürdü. Bununla belə, biz COVİD dönəminə yaxalandıq və 1929-cu ildə yaşadığımız kimi, böyük depressiyaya düşməmək üçün lazımi qədər pulu xərclədik. Bəli, Covid-19-a baxmayaraq iqtisadiyyatı sabit tutduq. Ancaq sən (Baydeni nəzərdə tutur -Miaa.z) qanunsuz miqrant axını ilə iqtisadiyyatı pisləşdirdin, inflyasiya artdı...".
Vergilərin azaldılmasından tutmuş cari hesab açığına qədər iqtisadiyyatdakı problemlərə görə bir-birini günahlandıran Bayden və Tramp ölkə gündəminin ən aktual mövzusu olan əhali sayı və abortla bağlı da gərgin mübahisələr edib.
Tramp ona verilən demək olar ki, bütün suallarda mühacirlərə diqqət çəkib: “Bizim zamanımızda sərhədlərimiz tarixin ən təhlükəsiz sərhədləri idi. İndi bu, qatillərin və terrorçuların axışdığı ən təhlükəsiz sərhədə çevrilib...”.
Bayden isə Trampın iddialarını rədd edib, onu yalan danışmaqda ittiham eləyib: "Sənin bu iddialarını təsdiqləyən heç bir məlumat yoxdur. ABŞ immiqrasiya siyasətinə görə dünyanın ən böyük iqtisadiyyatına sahib olmaqla, ən güclü sərhədə malikdir. Üstəlik, sərhədi qanunsuz keçənlərə qarşı ən mükəmməl və tərəfsiz qanuna sahibdir..."
Canlı yayımda iki rəqibin bir-birinin iddialarına qarşı başlarını yelləyərək, gülümsəyərək nümayiş etdirdiyi görünsə də, Baydenin müzakirə boyu sakit görünüşü diqqətdən yayınmayıb.
Tramp və Baydenə xarici siyasət kontekstində Ukrayna ilə Rusiya arasındakı müharibə və İsrailin 7 oktyabr 2023-cü ildən Qəzzaya hücumları ilə bağlı sual verilib.
Tramp ABŞ əsgərlərinin və veteranlarının Baydenin siyasətindən bezdiyini iddia edib: "Ukraynaya gəldikdə isə, mən prezident olsaydım, bu böhran heç vaxt baş verməzdi. Prezident seçilsəm, Putinlə Ukrayna arasındakı bu böhranı vəzifəyə başlamazdan əvvəl bitirəcəyəm”.
Bayden isə Trampın çıxışını cəfəngiyyat adlandırıb və Rusiya prezidenti Vladimir Putinə yenə "hərbi cinayətkar" deyib: "Ukraynada onun qarşısı alınmasa, o, digər NATO ölkələrinə hücum edəcək. Qəzzaya gəldikdə, orada atəşkəs danışıqları üçün səylər davam edir və bu prosesdə İsrailə ən böyük dəstəyi veririk..."
Tramp isə Baydeni “İsrailin işini bitirməsinə imkan verməməkdə” günahlandırıb. O, bölgəyə sülh gətirmək üçün müstəqil Fələstini dəstəkləyib-dəstəkləməyəcəyi sualına belə cavab verib: “Bunu görmək məcburiyyətindəyik".
Daha sonra lidertlər bir-birlərini şəxsi həyatları və ailə üzvlərinin qanunsuzluqları ilə ittiham etməyə başlayıblar.
6 yanvar tarixində Konqresə hücumları ilə bağlı canlı yayımda müzakirə zamanı Tramp və Baydenin bir-birini "qurşaqdan aşağı vurublar"
Tramp "Demokratlar"ı 6 yanvarda Konqresə basqına qarşı kifayət qədər tədbir görməməkdə günahlandırıb. Bayden "Burada gördüyüm yeganə günahkar şəxs məhkəmə tərəfindən təqsirli bilinən şəxsdir" deyə, Trampın zorlama ittihamı üzrə mühakiməsinə işarə vurub.
Tramp bu replikanı cavabsız qoymayıb. O, narkotik aludəçisi olduğu halda qanunsuz olaraq silah əldə etməkdə günahkar bilinən Baydenin oğlu Hunter Baydenə işarə edib: “Onun öz oğlu təqsirli bilinib. Bunun özü də yəqin ki, səlahiyyət müddəti başa çatan kimi sərhəddəki ölümlərə və Ukraynadakı hadisələrə görə təqsirli bilinəcək”.
Bayden Trampa belə cavab qaytarıb: “Sən danışdığın şey çox çirkin yalandır. Tariximizdə heç bir prezident belə şeylərdən danışmayıb. Digər tərəfdən, sən qadınlara ictimai yerlərdə təcavüz etməkdə, həyat yoldaşı hamilə olarkən porno ulduzla intim münasibətdə olmaqda ittiham olunursan, bunu unutma...".
Lamiyə ƏHMƏDLİ
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi