Prezident bütün səfirləri Bakıya çağırdı

img

03-07-2014 [14:32]


Yaxın günlərdə prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə geniş toplantısı keçirləcək. Bu barədə diplomatik mənbələrdən modern.az saytına məlumat verilib.

Məlumata görə, diplomatik korpusun toplantısında Azərbaycan üçün mühüm olan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq və müvafiq tapşırıqlar veriləcək.

Qeyd edək ki, Azərbaycan dövlət başçısının ötən illərdə diplomatlarımızla bir neçə dəfə belə görüşləri olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA