03-07-2014 [13:38]
Göyçay rayonu M.Ə. Rəsulzadə küçəsi döngə 2 ev 6-da yaşayan Hüseynova Günel Balakərim qızı "Qafqazinfo”ya müraciət edib . O, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovdan şikayətçidir.
G. Hüseynova bildirir ki, Mənsur Məmmədov onların mənzil problemini həll etmək istəmir: "Qayınatamdan qalan 4-otaqlı evin 1-otağında 6-nəfərlik ailə üzvləri ilə biz, digərində qayınlarımın ailəsi qalır. Uşaqlarımın 4-ü də azyaşlıdır. 2 uşağım isə əkizdir. Həyat yoldaşım 150-manat əmək haqqı alır. Özüm 2-ci qrup əliləm. Ürək, şəkər, zob xəstəliklərindən əziyyət çəkirəm. 1-otaqda darısqal şəraitdə yoxsulluq həddində acınacaqlı durumda yaşayırıq. Bunu Allah da götürməz, amma rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov bu zülümü bizə yaşadır”.
Şikayətçi bildirir ki, onların çoxsaylı müraciətlərindən sonra yaşayış şəraitləri ilə tanış olublar: "Bizə verilən cavab məktubunda qeyd edilib ki, kommunal mənzil vətəndaşlara növbəlik əsasında verilir, dövlət mənzil fondunda boş yer olmadığı üçün sizin kommunal mənzil tələbinizi ödəmək mümkün deyil. Bildirirəm ki, bunların hamısı tam yalandır. Növbədənkənar çoxlu sayda sakinlərə pul alaraq mənzil veriblər. Həmçinin boş yaşayış sahəsi də var. Sadəcə olaraq bizim pulumuz yoxdur. Rayon rəhbərliyinin başı bazar açmağa qarışıb sakinlərin problemlərinə baxılmır. Həyat yoldaşımın maaşı mənim təqaüdüm yeməyimizə çatmır. Bəlkə də Azərbaycanda bizim kimi 2-ci ailə yoxdur ki, belə yoxsulluq vəziyyətindən də aşağı həddə dözülməz şəraitdə yaşasın . Göyçay rayon icra hakimiyyəti başçısının Rəşxəndə Rəcəbova adlı müavini pensiya yaşı keçsə də hələdə vəzifədədir. Bizim ərizəmizə də başdansovdu cavabı həmin 68yaşlı müavin verib. Mənsur Məmmədovun və Rəşxəndə Rəcəbovanın imarətləri, mülkləri var. Rahat yüksək səviyyədə yaşayırlar. Bizim ailə isə əzab-əziyyət çəkir”.
Göyçay sakini ölkə başçısına və birinci xanım Mehriban Əliyeva da müraciət etdiyini qeyd edib. "İnanıram ki,müraciətimə müsbət cavab veriləcək”.
Qeyd edək ki, Göyçay rayonunun içra başçısı M. Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi