Səhiyyə Nazirliyində yeni təyinat, TTTYS-na yeni müavin gətirildi

img

03-07-2014 [12:13]


Səhiyyə Nazirliyində yeni təyinat olub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, Oqtay Şahmalıyev TTTYS-nın baş həkim müavini təyin edilib. O, ötən ilin dekabrında Respublika Diaqnostika Mərkəzinə direktor müavini təyin edilmişdi.

O. Şahmalıyev yeni təyinatını təsdiqləyib: "Mən ötən ay yenidən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına baş həkimin müavini təyin edilmişəm”.

Qeyd edək ki, O. Şahmalıyev Respublika Diaqnostika Mərkəzinə direktor müavini təyin edilənə qədər də adıçəkilən stansiyada baş həkimin müavini vəzifəsində çalışıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA