Artur Rəsizadə daha bir qərar verdi-TƏSDİQ

img

03-07-2014 [11:26]


Azərbaycan hökuməti "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsini və strukturunu təsdiq edib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alıb ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin strukturu" təsdiq edilsin."Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı və təsis etdikləri hüquqi şəxslər üzrə mülkiyyət hüquqları "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan Bakı Metropoliteni və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyəti hüquqi şəxs statusunu itirirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin"Bakı Metropoliteni Nizamnaməsinin təsdiqi haqqında"1995-ci il 4 sentyabr tarixli, 197 nömrəli qərarı ləğv edilsin.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA