Sabirabadda məktəbli ölümcül döyülüb - Ata nazirə üz tutdu: "Əminəm ki, Siz kasıb bir atanın fəryadına haray verəcəksiniz..." - FOTO
25-06-2024 [11:51]
Sabirabad rayonunun Xələfli kəndində məktəbli döyülüb.
Bu barədə Mia.az-a kənd sakini Samir Nurullazadə məlumat verib.
O, Mia.az vasitəsilə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova üz tutaraq, 2007-ci il təvəllüdlü oğlu Siyasət Nurullazadənin 05 iyun 2024-cü ildə rayonun Xəlfəli kənd orta məktəbində iki nəfər tərəfindən ölümcül döyüldüyünü bildirib:
"Dərs vaxtı oğlumu təkləyib döyüblər, burnu sındırılıb, bədəninin müxətlif nahiyələrində hələ də sağalmayan xəsarətlər var. Həmin günü mənə məktəbdən zəng edib dedilər ki, bəs oğlunun vəziyyəti ağırdır, təcili özünü çatdır. Dərhal DİN-in 102 xidmətinə zəng edib, məlumat verdim. Məktəbə çatandan az sonra rayon polis şöbəsindən zəng gəldi, dedilər, uşaqla bura gəlin. Əmisi uşaqla polisə getdi, orada oğlumun vəziyyəti pisləşdiyindən xəstəxanaya göndəriblər...".
Şikayətçi yazır ki, oğlu iyunun 5-dən 12-nə qədər Sabirabad rayon mərkəzi xəstəxanasında yatıb: "Oğlumun ağırları çox olmasına baxmayaraq, 12-dən sonra onu xəstəxanadan çıxarmaq istədilər. Biz də TƏBİB-ə şikayət elədik. Şikayətdən sonra bizi Respublika Kliniki Xəstəxanaya yönləndirdilər. Ancaq burada gah xəstəxananın köçürülməsi, gah da "uşaq evdə də müalicə oluna bilər" bəhanəsi ilə bizi qəbul etməkdən imtina etdilər. Məcbur qalıb TƏBİB-ə təzədən şikayət ünvanladıq. Bundan sonra bizi bu dəfə Qarayev adına 2 saylı xəstəxanaya yönləndirdilər. Həmin xəstəxananın baş həkimi Azər Xudiyev rengendən sonra uşaqdakı burun sınığını təsdiqlədi. Dedi ki, bunun sənədini də təqdim edə bilərik. Lakin xəstəni xəstəxanaya qəbul eləməkdən imtina elədi. Açıq dedi ki, aparın Sabirabadda müalicə etdirin. O, eyni zamanda, bizə verdyi sənədə uşaqdakı xəsarət izləri ilə bağlı Nəsimi rayon Polis İdarəsini məlumatlandırdıqlarını yazıb. Lakin indiyə qədər Sabirabad və Nəsimi rayon Polis İdarəsi hadisə ilə maraqlanmayıblar. Daha dəqiqi, hadisənin ilk günü istisna olmaqla, qalan günləri Sabirabad polisi özünü elə apardı ki, guya belə bir hadisə, ümumiyyətlə, baş verməyib. Oğlumu ölümcül hala salan uşaqlar isə kənddə qürrələnərək "gördünüz, nə günə qoyduq onu. Üz-gözündəki xəsarətlər bizim əsərimizdir" deyir. Valideynləri isə bir dəfə də olsun bizdən üzrxahlıq etməyib, özlərini elə aparırlar ki, sanki kəndin də, rayonun da polisi və prokuroru elə bunlardır...
Cənab nazir, biz hamı kimi sizin qətiyyətinizə, əsl polis, əsl general, əsl nazir kimi peşəkarlığınıza, həmçinin, qanunun aliliyinin təmini üçün yorulmadan çalışdığınıza bələdik. Ona görə, Sizə üz tutur, Sizdən kömək istəyirik.
Cənab nazir, hörmətli general Vilayət Eyvazov, güclünün gücsüzü belə qəddarcasına əzib, daha sonra qürrrələnərək pis president yaratmalarına imkan verməyəcəyinizi bildiyimiz üçün, Sizə üz tutur, kömək istəyirik.
Çox hörmətli nazir, oğlumun başqa xəsarətləri bir yana qalsın, həkimlər deyir ki, sınıq burnu mütləq əməliyyat olunmalıdır. İndi bilmirəm, onun əməliyyatı, yoxsa qanunun aliliyinin təmini üçün çalışam. Axı niyə Sabirabad polisi bu hadisəyə göz yummalıdır?! Oğlumu ölümcül hala salanlar polisin bu hərəkətsizliyindən niyə cəsarətlənib, bizi təhdid etməlidir?!
Elə bunu nəzərə alaraq, Sizə üz tutur və dönə-dönə xahiş edirəm: oğlumun qanının yerdə qalmasına imkan verməyin! Oğlumu bu günə salanların qanunun yol verdiyi ən ağır formada cəzalandırılması üçün yerli polis idarəsinə göstəriş verin!
Səsimizin Sizə tez çatması üçün mətbuata üz tutmalı oldum, əminəm ki, Siz imkansız, kasıb bir atanın fəryadına haray verəcəksiniz...".
Məsələ ilə bağlı DİN-ə sorğu verilib, cavab yazıya əlavə olunacaq.
Samir Musayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi