Gürcüstan Rusiya və İrana yaxınlaşır, Ermənistan və Azərbaycan isə... - TƏHLİL
22-06-2024 [17:28]
Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri araşdırır) adlı məqalədə https://eurasianet.org/georgia-probing-closer-ties-with-iran#:~:text=Iran%20has%20floated%20the%20idea,than%20600%20percent%20in%202023. professor Giorgi Sanikidzenin fikirlərinə yer verilib.
O deyir ki, gürcü xalqı cəmi 2 ay əvvəl başqa bir dövlətdə yaşayırdı. Son vaxtlarda Gürcüstanın xarici siyasətində kardinal dəyişikliklər baş verib. Belə ki, 30 ilə yaxın Qərbə can atan Gürcüstan indi Rusiyaya qucaq açıb.
Bugünlərdə isə Gürcüstanın Baş naziri Irakli Kobakhidze mərhum İran prezidentinin dəfn mərasimində iştirak etmək üçün Tehrana getmişdi. Bu səfər Gürcüstanda da, Qərbdə də çoxlarını heyrətdə qoydu. Belə görünür ki, Rusiya ilə yaxınlaşan Gürcüstan Vaşinqton və Brüsselin İran səfərinə göstərə biləcəyi təpkidən qətiyyən narahat deyil. Təbii ki, bu səfər İran tərəfindən məmnunluqla qarşılandı.
İranın Qafqazdakı xarici siyasəti üzrə Tehranda yaşayan ekspert Vəli Kaleji deyib: “Tehran Gürcüstanın İranla münasibətlərində Qərb faktorunun təsirinə düşməməsinə üstünlük verir. Gürcüstanın daxili və xarici siyasətində yeni yanaşmalar Gürcüstan və Rusiya arasında daha sıx münasibətlərə səbəb olarsa, İran bunu alqışlayacaq”.
Bəli, Qərb mediası Gürcüstanın xarici siyasət kursunda baş verən kardinal dəyişiklik barədə dönə-dönə yazır. Rəsmi Tiflisin ABŞ və Avropa İttifaqı ilə əlaqələri zəiflədiyi üçün “Freedom House” son hesabatında “Gürcü Arzusu” hökumətini avtoritar rejim kimi səciyyələndirib. İran isə Rusiya ilə birlikdə belə bir rejimin potensial dəstəkçisi ola bilər.
Göründüyü kimi, Gürcüstanın Rusiyaya doğru geri dönməsi İranın ürəyincədir. Eyni fikri ermənistan haqqında demək olmaz. Çünki Ermənistan nümayişkəranə şəkildə Rusiyadan ayrılmağa can atır və Qərbə doğru irəliləyir. Özü də bu irəliləyiş son dərəcə sürətlə baş verir. İran da bu prosesi yaxından izləyir. Rəsmi Tehran Ermənistanla münasibətləri qoruyub saxlamağa çalışsa da, ancaq rəsmi İrəvanın Qərb üz tutmasından son dərəcə narahatdır. İran rəsmiləri ən yüksək səviyyədə bu narahlığı dilə gətirib. Elə bu səbəbdən də İranın Ermənistanla ümumən yaxşı olan münasibətləri müəyyən dərəcədə gərginləşib və bu gərginlik getdikcə artır.
Cənubu Qafqaz balaca bir ərazidir. Burada yerləşən Ermənistan yüz illərlə bağlı olduğu Rusiyadan qopub Qərbə inteqrasiya olmaq arzusundadır. Son 30 il Qərbdən ciddi dəstək alan Gürcüstan xarici siyasətini 180 dərəcə dəyişərək Qərbə arxa çevirir və Rusiyaya üz tutur. Çinlə əlaqələrini gücləndirir. İrana yaxınlaşır. Azərbaycan isə Rusiya və Qərbə münasibətdə balanslaşdirilmiş siyasət aparmağa üstünlük verir. Yeri gəlmişkən, bu siyasətin əsasını mərhum Heydər Əliyev qoyub.
Mənim baxışıma görə, Azərbaycanın yeritdiyi balanslaşdırılmış siyasət ən optimal yoldur. Yəni hər iki güc mərkəzi ilə dövlət maraqlarını qorumaq naminə anlaşmaq gərəkir.
Azərbaycan olaraq dərin ziddiyyətlərlə dolu olan son dərəcə ədalətsiz bir dünyada yaşayırıq. Belə bir dünyada baş çıxarmaq, öz varlığını qoruyub saxlamaq və inkişaf etmək sıradan bir iş deyil. Ancaq Azərbaycanın Cənubi Qafqazda ciddi üstünlüyü var. Həm əhali, həm də ərazi baxımından Azərbaycan Ermənistan və Gürcüstandan çox üstün ölkədir. Azərbaycanın təbii resursları da ona ciddi üstünlüklər verir. Xüsusən Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı Rusiyadan qaz və neft idxalını kəskin şəkildə azaldıb. Qərb bu səbəbdən yaranmış boşluğu Azərbaycanın hesabına doldurmağa çalışır. Bu isə Azərbaycana son dərəcə böyük üstünlüklər verir. Digər tərəfdən isə Türkiyəni öz yanına alan Azərbaycan daha da güclənib. Məsələn, nə Ermənistan, nə də Gürcüstanın Türkiyə kimi sədaqətli müttəfiqi yoxdur. Ona görə də hər iki ölkə zamanla ortaya çıxan reallıqlardan dolayı öz müttəfiqlərini dəyişmək zorunda qalırlar.
Orası da var ki, Cənubi Qafqazın siyasi və ideoloji baxımdan düşmən cəbhələrə bölünməsi bu bölgəni qaçılmaz şəkildə təhlükəyə sürükləyir. Məsələn, biz Ermənistanda Qərblə Rusiya arasında gedən rəqabəti açıq şəkildə görürük. Bu rəqabət onsuz da yaman gündə olan Ermənistanı darmadağın edə bilər. Eyni rəqabət son aylarda Gürcüstanda da müşahidə olunur. Cənubi Qafqazın maraqları baxımından Azərbaycanın təklif etdiyi 3+3 formatı böyük perspektivlərə yol aça bilər. Təəssüf ki, Ermənistan və Gürcüstanın yeni müttəfiq axtarışları Cənubi Qafqaza inkişaf və stabilik gətirə biləcək bu formatın həyata keçməsinə imkan vermir. Qafqaz Evi ideyası isə 100 ildən artıqdır ki, ortadadır. Əvvəl-axır Cənubi Qafqaz ölkələri bu yola üz tutmalı olacaqlar.
Elbəyi HƏSƏNLİ,
SÜRİX
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi