"Hər adam kabinetlərdə yeyib-içə bilmir" - Müğənnidən "kabinet qalmaqalı"na reaksiya (VİDEO)
21-06-2024 [15:32]
"O gün bir xanım ifaçının yanında kabinetdə ifa etməyin adını çəkdim, təəccübləndi və dedi ki, mənim oğlum var, kabinetlərdəki məclislərə getmərəm, mən toy müğənnisiyəm. Kabinet nədir? Bahalı restoranların kabineti. Hər cür kabinet var var, ora depozit ödəyərək gedirlər, qiyməti də çox bahadır. Hər adam kabinetlərdə oturmur. Bunları başa düşmürəm, axı biz gedib kabinetlərdə nə edirik ki? (gülür) Mahnı oxuyuruq da. Təəccüblə qarşılayırlar".
Bu sözləri müğənni Qumral Musayeva qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.
İfaçı "Bir çox müğənnilər bahalı restoranların kabinetlərində çıxış edirlər" fikirlərinə aydınlıq gətirib.
Qumral bildirib ki, iş adamlarının kabinetlərdə keçirdiyi məclislərdə "Xalq artisti" fəxri adını daşıyan sənətçilər də çıxış edir:
"Hər adam kabinetlərdə yeyib-içə bilmir. Axı bizdə sevirlər yozub, bəzəsinlər. Biz hamımız hər gün bəlli restoranların kabinetlərində çıxış edirik. Burada pis nə var? Mən müğənni olmayanda elə "Xalq artisti" fəxri adını daşıyan müğənnilər, sənətkarlar var idi ki, onlar gəlib kabinetlərdə mahnılar oxuyurdular. Mən onları elə kabinetlərdə görmüşəm də. İş adamları kabinetlərdə lüks məclislərini keçirirlər.
O həmin xanım ifaçı deyir ki, müğənni kabinetlərdə yox, toylarda, banket zallarında oxuyar. Ona başa salıb deyirəm ki, xeyr, bu, banket zalı deyil, elə kabinetdir. Adını necə demişəmsə, elədir. O xanım ifaçı aşıqdır və çox aqressiv şəkildə mənə cavab verdi. Hər kəsin öz kütləsi var. Elə iş adamı ola bilər ki, o, sazı sevə bilər və kabinetdə keçirdiyi məclisdə aşıq xanımı görmək istəyər. Şahidi olmuşam ki, 20 nəfər xanım bir kabinetdə məclis keçirir, 3 nəfər meyxanaçını dəvət edirlər, onlara da pul xərcləyirlər.
Onlar bunu çəkib sosial şəbəkələrdə paylaşırlar. Biz bunları hər gün görürük. Axı mən nə dedim ki, bunu yeni kəşf kimi gördülər. Bu sözümdən hamı şoka düşüb və çaxnaşma yaşanıb. Mənim də oğlum və qızım var. Mən kabinetə işim üçün gedirəm. Mən kabinetə ailəmlə gedirəm. Atam, anam, həyat yoldaşım yanımda olur. Biz ora hörmətlə gedib, hörmətlə də oradan çıxırıq".
Bizkm.media
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi