Jurnalist deputat və onun tikinti şirkətini "topa tutdu": "Parkı zəbt etməkdən çəkinməyiblər..." - "Allah uzaq eləsin, yanğın olsa..."
20-06-2024 [22:56]
""Abşeron Kristal" tikinti şirkətləri arasında bəlkə də yeganə şirkətdir ki, müştəri məmnuniyyəti barədə düşünmür, düşünmək istəmir".
Mia.az xəbər verir ki, bu sözləri jurnalist Arifə Əliyeva sosial media hesabında yazıb.
Onun sözlərinə görə, 2019-cu ildə bu şirkətin Abşeron rayonunda inşa etdiyi "Kristal Abşeron -1" şəhərciyində ev alıb: "Bu 4 il ərzində daha başımıza gəlməyən oyun qalmaylb. Bizə konkret olaraq qazanc mənbəyi kimi baxırlar. Sakinlərin cibinə girmək üçün hər dəfə bir üsul fikirləşib tapırlar.
Mənzil alandan qısa müddət sonra kommunal ödənişləri qaldırdırlar. Özü də nə az, nə çox 70 faiz. Bura zibil pulundan tutmuş, lift puluna qədər bütün ödənişlər daxildir .
Daha sonra liftə kart sistemi tətbiq etdilər. Elə bilirsiniz, bu müasir standarlarla ayaqlaşmaq üşün edilib. Xeyr, yenə məqsəd pul qazanmaqdır. Kartı itirdinsə, ikinci dəfə pulla almalısan. Qiyməti də 10 manat. Mən hələ yaşayış binasında liftə kart sisteminin tətbiq edilməsinin nə dərəcədə doğru olub-olmadığına toxunmuram. Hərçənd, bu məsələdə xeyli narazılıq var. Çünki kart sistemi sakinlər üçün müəyyən problemlər yaradır. Tutaq ki, qonağın gəlib, ya o, piyada 11-ci mərtəbəyə qalxmalıdır, ya da sən aşağı düşməlisən. Çünki qonaqda kart yoxdur. Yaxud kart yaddan çıxıb qalıb evdə, vəssalam, gəl indi bu istidə piyada yuxarı qalx.
Nə isə, bütün bunlara birtəhər dözürdük. Amma son addımlarına artıq adamın əsəbləri dözmür".
Jurnalist bildirib ki, şirkət bu qədər özbaşınalıqlarla yetinməyib: "Son addımları da budur ki, qarajların qiymətini 30 manatdan 50 manata qaldırıblar. Qiymət artımının səbəbini də izah etmirlər. Hələ onu demirəm ki, bu xidmətləri də lazımi səviyyədə deyil. Təsəvvür edin, mən qaraja öz yaşadğımı binadan deyil, yanaşı binadan daxil olmalıyam. Həyətdə maşın saxlamağa isə ümumiyyətlə yer qoymayıblar. O qədər sıxlıq var ki, maşınını saxlasan, sonra onu oradan çıxarmaq müşkülə çevriləcək. Nəzərə almayıblar ki, binada xəstəsi olan, təcili işi çıxan sakinlər ola bilər. Həmin vaxt onlar maşınlarını həyətdən çıxarmaq üçün azı 2-3 saat əlləşməli olacaq".
Jurnalist qeyd edib ki, şəhərciyin ortasında kiçik bir park var idi: "İndi oranı da zəbt ediblər. Deyilənə görə, bina tikəcəklər. Allah uzaq eləsin, yanğın olsa, bura yanğınsöndürən maşınlar girə bilməyəcək.
Belə başa düşürəm ki, "Kristal Abşeron" tikəndə yalnız hər nə yolla olursa-olsun pul qazanmağı düşünür. Sakinlər necə yaşayacaq, hansı problemlərlə üzləşəcək, onların vecinə deyil.
Mətbuatda dəfələrlə yazılıb ki, "Kristal Abşeron" şirkəti deputat Ağalar Vəliyevə məxsusdur. Bu iddia indiyə qədər təkzib olunmayıb.
Ona görə də buradan Ağalar Vəliyevə müraciət edərək deyirəm ki, ay Ağalar müəllim, indi bir qələt edib, sizin şirkətdən ev almışıq, niyə bizə yaşamağı haram edirsiniz?!".
Samir Musayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi