Mərhum Arif Vəliyev hələ də sədrdir – Komitənin rəsmi saytında belə yazılıb

img

02-07-2014 [17:57]


İyunun 23- uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev hələ sözügedən komitəyə "rəhbərlik» edir.

 Mia.az xəbər verir ki, mərhum Arif Vəliyevin adı hələ komitənin rəsmi saytında «sədr» olaraq göstərilir. Əlbəttə, bu hal komitənin ikitərəfli əməkdaşlıq etdiyi təşkilatlarda, həmçinin, Dövlət Statistika Komitəsinin rəsmi saytı ilə maraqlanan hər kəsdə təəccüb yaradır. Görünür, komitənin məsul şəxsləri şöbələrin bir-birini təkzib edən məlumatlarına başları o qədər aludə olub ki, bu faktı da saytdan götürməyi unudublar.

 Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA