IV Şagird Respublika Elmi-praktik Konfransı keçirilib - FOTOLAR
20-06-2024 [18:46]
İyunun 20-də S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Azərbaycanda elm və təhsilə şagird baxışı" mövzusunda IV Şagird Respublika Elmi-praktik Konfransı keçirilib.
Mia.az xəbər verir ki, konfransın təşkilatçıları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birbaşa tabeliyində olan S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, ETN akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Quba şəhərinda Soyqırımı Memorial Kompleksi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, və AMEA-nın Şəki Regional Elmi Mərkəzidir.
Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış tədbirində çıxış edən S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının direktoru İlqar Talıbov 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğunu xatırladaraq, bununla əlaqədar gimnaziyada bir sıra yarışlar, müsabiqələr keçirildiyini və hazırda keçirilən "Azərbaycanda Elm və təhsilə şagird baxışı" mövzusunda IV Şagird Respublika Elmi-praktik Konfransının bu tədbirlər sırasında önəmli yer tutduğunu bildirib. İ.Talıbov öncəki illərdə konfransa ancaq gimnaziyanın şagirdlərinin qatıldığı halda, bu il ilk dəfə paytaxtın və regionların digər məktəb, lisey və gimnaziyalarının şagirdlərinin iştirak etdiyini vurğulayıb.
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva Azərbaycan dilinin qorunmasında dövlət rəhbərlərinin mühüm rol oynadığını deyərək, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu istiqamətdə xidmətlərini qeyd edib. S.Əliyeva konfransda iştirak edən şagirdlərin nümunəsində Azərbaycan dilinin gözəl elmi üslubda ifadəsinin şahidi olacağına əminliyini bildirib.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın salamlarını tədbir iştirakçılarına çatdırıb və bildirib ki, elm və təhsilin inteqrasiyasını dəstəkləyən konfransın ən ümdə xüsusiyyətinin təhsildə öndə olan şagirdlərin elmi potensialını ortaya qoyması üçün şərait yaratmasıdır.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü konfransın işini yüksək qiymətləndirərək, bugünkü iştirakçı şagirdlər arasından gələcəyin alimlərinin yetişəcəyini deyib.
ETN akad. Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani təmsil etdiyi elmi müəssisədə ekoloji mühit, təbiətin qorunması sahəsində mühüm işlərin görüldüyünü qeyd edərək, şagirdlərin hazırkı konfrans vasitəsilə elmi araşdrımalara cəlb edilməsinin əhəmiyyətini vurğulayıb, bu konfransın gələcəkdə beynəlxalq miqyasda keçirilməsini arzulayıb.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı konfransın iştirakçıların elmi potensialları ilə yanaşı natiqlik qabiliyyətlərinin də üzə çıxarılmasında mühüm rol oynadığını deyib. S.Talıblı bu konfransın şagirdlərin həyatında dönüş nöqtəsi olacağını, onların sırasından gələcəyin alimlərinin, tədqiqatçılarının yetişəcəyini bildirib.
Konfrans daha sonra öz işini “Azərbaycan dili və ədəbiyyat”, “Tarix”, “Riyaziyyat”, “Fizika və astronomiya”, “Kimya-biologiya”, “Rəqəmsal bacarıqlar, STEAM”, “Coğrafiya”, “Estetik və fiziki tərbiyə”, “Xarici dillər” bölmələrində davam etdirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi