Əli Həsənov əmr verdi, Dövlət Komissiyasının işçi qrupunun rəhbəri təqaüdə göndərilib

img

02-07-2014 [17:36]


Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Məzahir Əliyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bu barədə Dövlət Komissiyasının rəhbəri Əli Həsənov müvafiq əmr imzalayıb. Əmrə əsasən, M. Əliyevin yerinə işçi qrupun əməkdaşı Fəqan Şahverdiyev təyin edilib.

Qeyd edək ki, M. Əliyev 2012-ci ildən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupuna rəhbərlik edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA