ADNA-da "Məzun günü" qeyd olundu

img

02-07-2014 [17:21]


2 İyul - Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) böyük sevinc həyəcanı yaşandı. Neft Akademiyası 2014-cü tədris ilinin məzunları ilə vidalaşdı. ADNA rektoru, akademik Siyavuş Qarayev çıxış edərək bütün müəllim və tələbə heyətini təbrik etdi. Təbrikə fəxri qonaqlarımız Energetika naziri Natiq Əliyev, Milli Məclisin Sosial - siyasət komissiyasının sədri Hadi Rəcəbli qoşularaq gənclərə uğurlar dilədilər. Tələbələr, valideynlər çıxış etdi, xoş arzular səsləndirdilər. Bu gün Neft Akademiyası böyük bir coşqu yaşadı. Bu il təhsil ocağımızı 1687 nəfər başa vurdu. Onlardan 114 nəfər əcnəbi bakalavr səviyyəsində və 182 nəfər, o cümlədən 28 nəfər əcnəbi magistr səviyyəsində təhsilini bitirdi.Yüksək intellekti, şəxsi intizamı və məsuliyyəti ilə seçilən 153 bakalavr və 88 magistr məzunumuz fərqlənmə diplomuna layiq görüldü. Bakalavrlardan 43 nəfəri Qaz-neft mədən fakültəsinin, 41 nəfəri İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin, 19 nəfəri İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinin,15 nəfəri Geoloji-kəşfiyyat fakültəsinin, 15 nəfəri Neft-mexanika fakültəsinin, 10 nəfəri Kimya-texnologiya fakültəsinin və 10 nəfəri Energetika fakültəsinin məzunlarıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA