Keçmiş deputat danışdı: “Mən Azərbaycanı tərk etməmişəm”

img

02-07-2014 [14:48]


"CTF” şirkətinin təsisçisi, "Sumqayıt” və "Cavid” Ticarət Mərkəzlərinin rəhbəri, sabiq millət vəkili Nizami İsgəndərov Türkiyəyə gedib.

Bu barədəPublika.az-a N.İsgəndərovun yaxını məlumat verib.

Səfərin qəfil baş verdiyini bildirən mənbə bildirib ki, N.İsgəndərov Türkiyədən də Dubaya gedəcək.

Xatırladaq ki, 2013-cü il iyulun 21-də "Nabran Holiday Village” istirahət mərkəzində 2 yaşlı İmran Cəfərzadə uşaqlar üçün hovuzda quraşdırılmış qurğudakı nasosun pərləri arasına düşüb. Nəticədə azyaşlının bir ayağı kəsilib, digəri isə ağır zədələnib. Bu hadisədən dərhal sonra Nizami İsgəndərov mediada gündəmə gəlib. Buna səbəb isə "Nabran Holiday Village” istirahət mərkəzinin ona məxsus olması olub.

Yayılan məlumatla bağlı Vətəninfo.az-a danışan Nizami İsgəndərov bildirib ki, məlumat doğru deyil:  "Mən Bakıdayam və hazırlaşıram bağa gedəm. Məni maraqlandıran budur ki, mənimlə 5 il eyni abu-havanı parlamentdə udan Publika.az rəhbərində mənə qarşı bu qaralama münasibət hardan yaranıb? Mən çox təəssüflənirəm ki, mənim haqqında kiməsə zəng edib, nəsə soruşurlar və sonra da bunu həqiqət kimi cəmiyyətə çatdırmaqla haqqımda müxtəlif fikirlər yaratmağa çalışılır. Mən bir daha deyirəm ki, Azərbaycandayam və heç bir yerə getməmişəm”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA