Uşaqlar da gərgin, valideynlər də... - İmtahanların psixoloji təsiri hələ ötüşməyib (Müsahibə)
11-06-2024 [22:06]
Orta ümumtəhsil məktəblərinin şagirdlərinin birinci imtahan həyəcanı hələ ötüşməyib.
Yayın bu gərginliyini heç sevmirəm də.
Özüm bu emosiyaların kralını yaşamışam. Özü də sovetin dövründə, elə bir vaxtlarda ki, test-filan da yox idi və rüşvətsiz ali məktəb nədi, heç texnikuma girə bilməzdin. Nə bilim, bəlkə başqaları ayrı cür xatırlayır sovetlərin ali təhsil alma dönəmini, amma mənim yaddaşımda belə qalıb. Bəlkə istisnalar vardı. Razıyam.
Yəni, indiki imtahan həyəcanı mənə o qədər də ağrılı gəlmir. Heç kim məni qınamasın, test üsulu qədər rahat bir formada ali təhsil almaq şansı mənə göydəndüşmə kimi gəlir. Nə var axı, testlə imtahana hazırlaşmağa? Kitablar, müəllimlər o yana qalsın, internet var-e, internet! Tapılmayan məlumat yoxdu orada.
Mən hələ qonşu ölkələrdə təhsil almaq şansını demirəm. Bizim vaxtımızda xaricdə təhsili yatıb yuxuda görə bilərdik yalnız. İndi valideynlər uşağına təsəlli verir ki, bala, ürəyini qısma, uzaqbaşı gedib Türkiyədə oxuyarsan. Pulumuza minnət.
Bu qədər optimist olmağıma baxmayın, mən bu imtahan və onun nəticələrinin açıqlanması dönəmində çox həyəcan keçirirəm. Elə övladları bu prosesdə olan valideynlər qədər həssas oluram mən. İnanın. Hər gün imtahan xəbərlərinə baxıram, ətrafdakı tanış-bilişlə maraqlanıram.
Ən çox uşaqların psixoloji durumundan narahat oluram. Bilirsiniz, ailələr fərqli, valideynlərin uşaqların təhsilinə, uşaqların da valideyn təlaşına münasibəti çox rəngarəngdi.
Uşaq var, heç dünya eyninə deyil, özünü tarazlaya bilir. Valideyn var, uşağına elə güclü motivasiya verir ki, uşaq imtahanın nəticələrindən daha çox öz psixoloji durumunu sabitləməyi müvəffəqiyyətlə bacarır. Yəni, vəziyyət çox mürəkkəbdi bu aralar.
Bizə bununla bağlı maraqlı fikirlərini söyləyib peşəsi maliyyəçi olan, audit işləriylə məşğul olan, həm də 3 övlad böyüdən Rövşən Rəhimov. Deyir ki, imtahandan daha çox uşağını düşünür hazırda. Onun psixoloji vəziyyətini, onun düşüncələrini.
Bir az fərqli duruma düşüb böyük qızı bu imtahanda və hazırda ikinci imtahan şansından istifadə etmək istəyir. Gərgin durumda olan ata-qız bir-birinə təsəlli verərək vəziyyətdən çıxa bilib.
Mənə maraqlı gəldi sözün düzü.
"Bir-birinə dəstək vermək çox vacibdi əslində. Adətən, deyirlər, valideyn uşağına mənəvi güc versin. İnanın ki, biz valideynlər də elə durumda oluruq ki, bizim gərginliyimizin də yumşalmasına ehtiyacımız olur. Biz bunu öz övladımızdan alanda gücümüz birə beş artır", - deyə R.Rəhimov bildirir:
-İmtahan nə vaxtdı bitib, amma uşaqla bu mövzuda söhbətlərimiz hələ də davam edir. Mən ona deyirəm ki, təhsil almaq heç vaxt gec deyil. Bu il alınmasa, qarşıdakı illərdə ola bilər. Misal çəkirəm ki, məşhur alim M.Lomonosov 21 yaşında əlifbanı öyrənməyə başlayıb. Təhsil üçün yaş yox, motivasiya önəmlidi. Əgər Azərbaycanda alınmasa, xaricdə şansını sınaqdan keçirə bilırsən. Məncə bu dönəmdə uşaqlarımız anlamalıdı ki, onların ali təhsil əldə etməsi vacib olduğu qədər bizim də övladlarımızın əlimizdə sağ-salamat olması çox əhəmiyyətlidi.
R. Rəhimovun sözlərinə görə, valideynlər çox vaxt öz həyat dərsindən nümunə göstərirlər və bu, əslində çox maraqlı variantdı:
-Mən uşağa özümdən misal çəkməyi sevirəm. Uşaqlar bizim qədər bərkə-boşa düşmədikləri üçün hər kiçik uğursuzluq onlarda dərin iz buraxa bilər. Bu duyğunu xəfiflətmək lazımdı. Hansısa uğursuzluğu necə avantaja çevirmək olar, onu izah etmək lazımdı. Məncə, heç də bütün ailələrdə valideyn-uşaq bağı mükəmməl deyil və belə motivasiyalar olmaya bilər.
Həmsöhbətimiz bu durumdan çıxış yolunu da fikirləşib:
-Dərs ili başlayandan müəllimlər də şagirdlər də yalnız imtahana hazırlıq barədə düşünür. Hazırlıq prosesi üzündən uşaqlar bəzən heç məktəbə düz-əməlli getmir. Amma məncə, məhz bu sonuncu orta təhsil ilində məktəblərdə uşaqların imtahan öncəsi və imtahan sonrası psixoloji durumunun mükəmməl olmasına diqqət verilməlidi. Psixoloqların üzərinə böyük məsuliyyət düşür. Təhsil vacibdi. Amma sonrasında bədbin, küskün, gələcəyə inamsız uşaqlarımızın olmasını da istəmirik.
Zülfiyyə
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi