Hafiz Hacıyev Prezidentə müraciət etdi

img

02-07-2014 [13:41]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:

 Hörmətli,cənab Prezident! Bir ildən çox olar ki, sabiq prezident Əbülfəz Elçibəyin zəhərlənməsi il bağlı Baş Prokuror Z.Qaralova məktubla müraciət etmişəm.Mənim müraciətimə əsasən Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb və məsələ araşdırılıb.Araşdırma zamanı sabiq prezident Ə.Elçibəyin ölümündən əvvəl zəhərlənməsi ,bununla əlaqədar onun səhətinin pisləşməsi və nəhayət Türkiyənin "Gülhanə "xəstəxanasında dünyasını dəyişməsi faktı ilə bağlı kifayət qədər məlumatlar əldə edilib .Onun AXCP sədri Kərimov Əli tərəfindən qəsdən öldürülməsi faktı özünü doğruldub. Toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.Lakin üstündən 1il keçməsinə baxmayaraq iş üzrə zəruri istintaq tədbrləri başa çatsa da hələlik çinayətkar çəzasız qalıb. Hörmətli, cənab Prezident! Qeyd edim ki,keçən il Əli Kərimovun Əbülfəz Elçibəyi zəhərlədiyi haqda etdiyim müraciətin nəticəsi məni qane etmir.Baş verənlər məni çox narahat edir.Əli Kərimovun cinayət işinin araşdırılmasının üstündən bir il ötüb.Faktla bağlı onlarla şəxs dindirilib və Əbülfəz Elçibəyin zəhərlənməsi faktı tam sübuta yetirilib.Ancaq əfsuslar olsun ki,bu günə qədər cinayətdə adı hallanan şəxs barədə heç bir tədbir görülməyib.Əksinə xarici səfirliklərin dəstəyi və maliyə yardımı ilə çinayətdə təqsirli bilinən Kərimov Əli daha da dirçəlib və radikallaşıb. Hörmətli ,cənab Prezident! Dəfələrlə müraciət etsəm də ,Bakı Şəhər Prokurorluğundan məsələ ilə bağlı konkret cavab ala bilməmişəm .Cinayətkarın isə azadlıqda qalıb ,bu dövlət üçün daha da da təhlükə yaratması məni çox narahat edir.Ona görə məcbur qalıb Sizə müraciət edirəm:"Cənab Prezident, Kərimov Əlinin cinayət işini ört-basdır edən prokurorluq orqanı və arxalandığı hökümətin ən yüksək çinli məmurlarına bəsdir deməyin vaxtı çoxdan çatıb.Xahiş edirəm məsələni nəzarətinizə götürüb,həlli üçün lazımı göstərişinizi verəsiniz!”. 

 Hörmətlə: Müasir Müsavat Partiyasının sədri H.Hacıyev

Qeyd edək ki, müraciətin surəti Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA