Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi prezidentin xəbərdarlığına məhəl qoymur - FOTO

img

02-07-2014 [13:29]


Ötən il ölkə başçısı İlham Əliyevin "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirdiyi fikirlər uzun zaman mətbuatın müzakirə predmetinə çevrildi.

Dövlət başçısının həmin çıxışında toxunduğu problemlərdən biri də dəbdəbəli ziyafət, məmurların öz övladlarına təmtəraqlı toy etmələri ilə bağlı idi.

"Təmtəraqlı toylar, ad günləri, bahalı hədiyyələr - bunları yığışdırın. Bəsdirin. Və kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu həm yerli icra orqanlarına aiddir, mərkəzi icra rəhbərlərinə də aiddir. Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər”,- deyə ölkə başçısı bildirmişdi.

Müxtəlif dövlət strukturlarında yüksək vəzifə tutan bəzi məmurların övladlarına, yaxın qohumlarına və tanışlarına dəbdəbəli toy etmək kimi «adət»ləri, başqa sözlə desək, xəstəlikləri var. Onlar sanki bir-birləri ilə yarışa giriblər. Paytaxtın, eləcə də ölkənin ən kübar və bahalı restoranlarında möhtəşəm ziyafət məclisləri təşkil edən məmurların bir neçəsi bunun üçün külli miqdarda vəsait sərf edirlər.

Bəs görəsən, aradan keçən müddətdə məmurlar bahalı toy etmək mərəzindən xilas ola biliblərmi? Təəssüf ki, müşahidələrimiz hələ də imkanlı vəzifəli şəxslərin övladlarına dəyəri həddən artıq yüksək rəqəmlərlə ölçülən toylar etməkdən vaz keçmədiyini göstərir.

Məsələn, bu günlərdə Tovuz rayonunun baş həkimi Paşa Muradov oğluna İyunun 29-u rayon ərazisində misli görünməyən dəbdəbəli toy mərasimi təşkil edib. Redaksiyamıza etibarlı məmbədən bildiriblər ki, Tovuz rayonun girişində yerləşən beş ulduzlu "Ayan Palace” otelində keçirilən toy mərasiminə tanınmış müğənnilər və aşıqlar təklif buyurublar. Toyun aparıcısı isə, İTV-nin aparıcı Saleh Bağırov olub. Mənbə bildirir ki, adıçəkilən beş ulduzlu oteldə toy etmək hər kəsin işi deyil. Hələ bu cür toy nəinki rayon ərazisində, hç regionda təşkil olunmamışdı.

Qeyd edək ki, toyda iştirak etmiş Saleh Bağırov və aşıq Zülfiyyə mərasim zamanı çəkdirdikəri şəkilləri öz feysbuk səhifəsində paylaşıblar.

Maraq üçün onu da qeyd edək ki, adıçəkilən Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi tək bu toyla yox, eyni zamanda özünün qeyri-adi hərəkətlərilə də gündəmə gəlib. Belə ki o, əyləşdiyi otağın qapısının üstündə vətəndaşların qəbul günlərini göstərən lövhənin olmaması bir yana, üstəlik otağın qapısına "qlazok” da qoyub.O, qapı döyülərkən "qlazok”dan baxaraq vətəndaşları qəbul edir. Rayonun baş həkimi Paşa Muradovun bu xoşagəlməz hərəkəti ictimaiyyət arasında da böyük rezonans doğurub.

AbbasƏli Hüseyni

XeberLent.az

images/gallery/676/151.jpgimages/gallery/676/150.jpgimages/gallery/676/149.jpgimages/gallery/676/148.jpgimages/gallery/676/147.jpg


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA